Başqanlığa namizədliyi həbsdə olarkən irəli sürülüb – İlginc fakt
Bizi izləyin

Nida.az

Başqanlığa namizədliyi həbsdə olarkən irəli sürülüb – İlginc fakt

Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri, başqanlığa namizəd Arif Hacılı ilə bağlı maraqlı fakt ortaya çıxıb.

Publika.az xəbər verir ki, A.Hacılı hələ həbsdə olarkən onun başqanlığa namizədliyi irəli sürülüb.

Belə ki, həmin vaxt partiyanın Xaçmaz rayon təşkilatı onun başqanlığa namizədliyini irəli sürərək dəstəkləyəcəyini bəyan edib. Bu barədə Xaçmaz rayon təşkilatının sədr müavini Ramiz Əliyev bildirib. Onun sözlərinə görə, həmin vaxt həbsdə olmasına baxmayaraq, Müsavat Partiyasının Xaçmaz rayon təşkilatının axırıncı konfransında A.Hacılının başqanlığa namizədliyi irəli sürülmüşdü.

“Gülağa Aslanlı həmin vaxt bunu protokola qeyd etməmişdi. Xaçmaz rayon təşkilatı Arif Hacılının başqanlığını dəstəkləyir və müdafiə edəcək”, - deyə R.Əliyev bildirib.


Qeyd edək ki, A.Hacılı 2011-ci ilin 2 aprel tarixində həbs olunaraq 2 il 6 ay müddətində azadlıqdan məhrum edilib. O, həbsdən 22 iyun 2012-ci ildə çıxıb. Burada diqqət çəkən məqam, A.Hacılının təbliğat kampaniyasının 2011-ci ildə başlamasıdır. Belə ki, Müsavat qurultayının 2008-ci ildə olmasına baxmayaraq, onun keçirilməsi artıq 6 ildir gecikir. Partiya bunu yer problemi ilə bağlasa da, əsas məsələnin nizamnamədə İsa Qəmbərin getməsini şərtləndirən müddəaların olduğu iddia olunur.

Maraqlıdır ki, başqanlığa digər iddialılar A.Hacılının nizamanmədən kənara çıxaraq böyük təsirə malik olduğu rayon təşkilatlarında əvvəldən kampaniyaya başladığını bildirirdilər. Xüsusilə Tural Abbaslını dəstəkləyən gənc müsavatçılar bunu iddia edir. Qarşı tərəf təkzib etsə də, R.Əliyevin açıqlaması müəyyən ehtimalları ortaya qoydu. Görünür, A.Hacılı həmin vaxt İsa Qəmbərin gedəcəyini bildiyi üçün kampaniyasını gerçəkləşdirmək istiqamətində işə başlayıb.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm