Nida.az
Müsavatda Arif Hacılı istefaya çağırıldı – Şok
“Mənim Müsavat Divanının üzvü kimi təsir mexanizmlərim yoxdur. Düşünürəm ki, başqanlığa namizədliyini verməK istəyən və əlində icra mexanizmi olan şəxs istefa barədə düşünməlidir”.
Publika.az-a açıqlanmasında bu sözləri Müsavat başqanlığına namizəd, Divan üzvü Tural Abbaslı başqanlığa digər namizəd Səxavət Əlisoyun müşavir vəzifəsindən istefa verməsinə münasibət bildirərkən deyib.
T.Abbaslı qeyd edib ki, başqanlıq təlimatlarında, partiya
nizamnaməsində namizədin tutduğu postdan istefa tələbi yoxdur. “Mən
istefa verənə də, verməyənə də hörmət edirəm. Lakin hesab edirəm
ki, bu addım namizədin tutduğu postdan asılı ola bilər. Səxavət bəy
başqanın müşaviridir, onun işi yalnız məsləhət verməkdir. Yəni, heç
bir təsir mexanizminə malik deyil. O cümlədən, mən Divan üzvü kimi
heç bir təsir mexanizminə malik deyiləm. Çünki Divan kollegial
qərarla idarə olunur. Divan üzvü olmağım başqanlıq yarışında
hansısa namizəddən üstün olacağıma heç bir əsas yaratmır. Düşünürəm
ki, bunu namizəd olmaq istəyən və əlində icra mexanizmləri olan
şəxs düşünməlidir”,- deyə o, bildirib.
“Əsas icra mexanizmi partiyanın icra aparatının rəhbəri Arif
Hacılının əlindədir, siz onu nəzərdə tutursunuz?” sualına
T.Abbaslının cavabı belə olub: “Mən inanmıram ki, hansısa
başqanlığa namizəd Müsavatda yarış zamanı əlindəki imkanlardan
istifadə edəcək. Bu həmin şəxsə divident gətirməz, əksinə əlavə
problemlər yaradar. Ona görə bu mənim üçün prinsipial əhəmiyyət
kəsb etmir. Onsuz da postundan həm istefa verən, həm də istefa
verməyən namizəd başqanlıq kampaniyasında təlimatları pozacaqsa,
cəzalandırılacaq”.
Qeyd edək ki, İsa Qəmbərin müşaviri S.Əlisoy başqanlığa namizədliyini vermək niyyətində olduğu üçün tutduğu postdan istefa verib. O, başqanlıq kampaniyasının ədalətli keçməsi üçün digər namizədləri də vəzifələrindən istefaya çağırıb.
Asif
-
İdman03:35
Əfsanə Enrikeni ələ saldı: deyirdilər ki…
-
Maraq dünyası02:19
Dünyanın ən lənətlənmiş adası: Kim yaşadısa... - FOTO
-
Region01:50
İranda qadın alveri və intim xidmətlər barədə ŞOK FAKTLAR - VİDEO
-
İdman01:08
"Real" ÇL-nin finalında! - VİDEO/YENİLƏNDİ
-
Region00:45
Putinlə Paşinyanın görüşü başa çatdı - YENİLƏNDİ
-
Qoroskop00:35
Günün qoroskopu: nüfuzlu insandan dəstək ala bilərsiniz
-
Hadisə8 May 23:34
Xırdalanda küçə itləri qadını dişlədi - ANBAAN VİDEO
-
Hadisə8 May 21:59
Hoteldə zəhərlənən dostlarla bağlı FAKTLAR: Qonaqlıq buna görə təşkil edilibmiş... - FOTO