Nida.az
Ermənilərin bir çıxış yolu var - RƏY
"Avropa İttifaqının Xankəndidə qaz təchizatının yenidən kəsilməsi ilə bağlı bəyanatı obyektiv yanaşma deyil, qərəzlidir və ikili standart nümunəsidir. Çünki bəyanatda Xankəndi ilə yanaşı, şəhərin adının “Stepanakert” kimi qeyd olunması təsadüfi deyil və ikili standart yanaşmasını sübut edir".
Bunu Publika.az-a açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.
Deputatın sözlərinə görə, bu qəzanın humanitar fəlakət kimi qələmə verilməsi məqsədlidir: "Ermənilər bununla Qarabağa azərbaycanlılarla birlikdə yaşamağın mümkünsüz olduğunu qabartmağa çalışırlar. Amma bütün bunlar əbəsdir və boğulanın saman çöpündən yapışması kimi bir şeydir. Ermənilər istəsələr də, istəməsələr də Azərbaycan qanunları ilə və Azərbaycan bayrağı altında yaşamağa məcburdurlar. Avrpopa İttifaqının bu məsələ ilə bağlı mövqeyi isə təəccüblü deyil. Biz Avropa İttifaqının bu münasibətinə hələ işğal dönəmində çox rast gəlmişik. Yadınızdadırsa, Vətən müharibəsi dönəmində Azərbaycanın qardaş Türkiyədən aldığı “Bayraktar TB 2” pilotsuz uçuş aparatları (PUA) “qatil dron” adlandırılırdı. Buna görə hətta, Türkiyənin “Baykar” şirkətinə Kanada tərəfindən sanksiyalar tətbiq olundu. Amma həmin PUA-lar Ukraynada Azərbaycana münasibətdə tam tərsinə olaraq xilasedici kimi qələmə verildi. Yəni Qərbdə bəzi dairələr bir çox hallarda ədalətli yanaşma tərzindən uzaq davranırlar. Öz maraqları diktə edirsə, o zaman ədalət hissini tamamilə unudurlar".
A.Hüseynov vurğulayıb ki, Avropa İttifaqının qaz məsələsi ilə bağlı da yanaşması ədalət hissindən uzaqdır və qərəzlidir: "Ermənilər bu cür ucuz və nəticəsiz şantaj üslubunu bir kənara buraxmalı və Azərbaycanın ədalətinə sığınmalıdırlar. Çünki Avropa İttifaqı gəlib onlara qaz, su, çörək verməyəcək. Onların yaşam tərzi Azərbaycan dövlətindən asılıdır və Azərbaycan öz vətəndaşlarına qanunlarına hörmət edildiyi təqdirdə hər cür şərait yaradacaq. Avropa İttifaqı ikili standart yanaşmalarından, qrup maraqlarından çıxış etməməli və ədalətli mövqe sərgiləməlidirlər. Əks təqdirdə onların bəyanatları bizim üçün kağız parçasından fərqlənməyəcək. Necə ki, biz müharibədən öncə və müharibə zamanı da bu ədalətsizliyin şahidi olduq. Amma halbuki, beynəlxalq hüquq bizim tərəfimizdə idi. Azərbaycan öz gücü ilə beynəlxalq hüququ təmin etdi, kağız üzərində qalan BMT qətnamələrini yerinə yetirdi".
-
Region16:00
Başı özünə qarışan Makrondan Paşinyan əl çəkmir: Yenə dəvət etdi
-
Dünya15:25
Liviyanın "Əsəd"i hərəkətə keçdi: Rusiya bu şəhərə qoşun göndərir
-
Dünya13:40
Trüdo baş nazir kreslosunu itirir - Görün nə ilə hədələyirlər
-
Sosial13:35
Polkovnik-leytenantın qızı Türkiyədə vəfat etdi
-
Sosial12:00
Adı ət olsa da... - Görün farş adı altında bizə nə yedirdirlər
-
Sosial11:30
Yeni qayda qüvvədə: Sələmi xatırladan kreditlərə son qoyulur?
-
Sağlamlıq10:50
Təzə və ya köhnə olduğu bilinməyən çərəzlər: Bizi hansı təhlükə gözləyir?
-
Rəsmi xronika10:20
İlham Əliyev Almaniya prezidentinə başsağlığı verdi