Nida.az
Xocalının bu kəndi də işğaldan azad edilir? - Türk general ELAN ETDİ - VİDEO
Video əlavə olunub.
***
Xocalı rayonun Fərrux kəndindəki təxribatlardan sonra Qarabağdakı erməni qanunsuz silahlı birləşmələri Pirlər kəndi istiqamətində də təxribatlara hazırlaşırlar. Bununla bağl artıq Azərbaycan mediasında dəhşətli görüntülər də yayılıb. Rusiyalı sülhməramlıların düz burnunun ucunda kimlərsə separatçı dəstələrə geyimlər və silahlar paylayır. Sülhməramlılar isə prosesə müdaxilə etməyi ağıllarının ucundan belə keçirmək istəmirlər. Sadəcə olaraq prosesləri seyr eləməklə məşğuldurlar. Bu, bizim iddiamız deyil, Pirlər istiqamətində lentə alınan görüntülərdən gəlinən ümumi nəticədir.
Hətta dəqiqləşdirilməmiş iddialara görə, bəzi hallarda rusiyalı “erməniməramlılar” separatçıları və qanunsuz silahlı dəstələri elə özləri geyimlə, silahla təchiz edirlər. Pirlərdəki görüntülərdən sonra sosial şəbəkələrin Azərbaycan seqmentində bu cür iddialara inanların sayı da artmaqdadır.
Bəs belə olan halda Azərbaycan Ordusu Fərrux ssenarisini Pirlər istiqamətində də təkrarlaya bilərmi? Rusiya sülhməramlılarının öhdəliyini Azərbaycan tərəfi təkbaşına yerinə yetirərək qanunsuz erməni silahlı birləşmələrini bir güllə də atmadan zərərsizləşdirə bilərmi?
Suallarımızı Türkiyənin Azərbaycandakı Səfirliyinin keçmiş hərbi attaşesi, istefada olan general-mayor Yücel Karauza ünvanladıq.
src="/storage/files/upload/b203373ca41c5ce74f3eccff64a7efcc8cc0baf0.jpg" style="width: 663px; height: 442px;" class="fr-fic fr-dib">
General Yücel Karauz Publika.az-a müsahibəsində bildirib ki, öz üzərinə düşən öhdəliyi yerinə yetirə bilmirsə, rusiyalı sülhməramlılar Qarabağdan getməli, Azərbaycan Ordusu isə bölgədəki terrorçuların başını əzməlidir.
- Yücel bəy, Fərrux kəndindən sonra Pirlər istiqamətində erməni terrorçuların təxribata hazırlaşması nədən xəbər verir? Fərrux ssenarisi Xocalının Pirlər kəndində də təkrarlana bilərmi?
- Hazırda Xocalı rayonunun Fərrux kəndində meydana gələn hadisələr, erməni separatçılarının təxribatları, rusiyalı sülhməramlıların oyunları, daha dəqiq desək, ssenariləri Pirlər kəndi və digər istiqamətlərdə də gerçəkləşməkdədir. Yəni müşahidə olunan mənzərələrdən bu qənaətə gəlmək olar. Təbii ki, bu qəbul edilməsi mümkünsüz olan bir vəziyyətdir.
- Qanunsuz erməni silahlı birləşmələrinin təxribatlara hazırlığı rusiyalı sülhməramlıların gözünün qarşısında baş verirsə, onlar buna adekvat addım atmırsa, o zaman sülhməramlıların vəzifələri nədən ibarətdir?
- Rusiya sülhməramlılarının Qarabağın dağlıq hissəsində müvəqqəti yerləşdirilməsinin əsas məqsədi tərəfsiz şəkildə xidmət aparmaqdan, təhlükəsizliyi təmin etməkdən ibarətdir. Bu, birinci və ən əsas məqamdır. İkincisi, hüququ, sabitliyi təmin etməkdir. Ədaləti və istiqrarı təmin etmək isə onların üçüncü vəzifəsidir. Dördüncüsü isə, 10 noyabr 2020-ci ildə imzalanan üçtərəfli bəyanatdan irəli gələn məsələləri təmin etməkdir. Hətta bu siyahını daha da artırmaq mümkündür. Həmin bəyanatın dördüncü bəndində qeyd olunur ki, Qarabağın dağlıq hissəsindəki separatçı qanunsuz silahlı dəstələr və Ermənistan ordusunun qalıqları oradan çıxarılmalıdır. Üçtərəfli bəyanatdan irəli gələn bu kimi məsələlər bu günə qədər öz həllini tapmayıb. Amma ən önəmlisi odur ki, rusiyalı sülhməramlıların bu bölgəyə gəlməsinin əsas səbəbi 10 noyabr 2020-ci ildə imzalanan üçtərəfli bəyanatın müddəalarını yerinə yetirməkdir. Üçtərəfli bəyanatın dördüncü maddəsinə görə, ilk növbədə bölgədə təhlükəsizlik təmin edilməli, qanunsuz silahlı dəstələr tərk-silah edilməlidir. İkincisi, sülhməramlılar erməni silahlı dəstələrini, separatçı, radikal ekstremist qrupları və əgər varsa, başqa ölkələrdən gətirilən terrorçu qruplardan arındırmalıdırlar. Onsuz da rusiyalı sülhməramlılar məhz bu problemləri həll etmək üçün bölgəyə gəliblər. Yəni, onların vəzifələri bunlardır.
- Pirlər kəndindəki təxribata hazırlıq cəhdlərindən hansı nəticələrə gəlmək olar?
- Xocalı rayonunun Pirlər kəndində lentə alınan görüntülərdən sonra gəlinən nəticə odur ki, rusiyalı sülhməramlılar öz işlərinin öhdəsindən gələ bilmirlər və ya gəlmək istəmirlər. Hətta öz işlərinə məsuliyyətsiz yanaşırlar. Əslində həmin görüntülərdən öncə də biz Qarabağdakı Rusiya sülhməramlılarının öz vəzifələrinə həssaslıqla, diqqətlə yanaşmadıqlarını görür və bilirdik. Çünki həm Ağdamdakı Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzindən, həm də Azərbaycan tərəfinin nəzarətində olan bölgələrdən hər şey açıq-aydın şəkildə müşahidə olunur. Belə olan halda Rusiya sülhməramlılarının erməni separatçılarının, terrorçu dəstələrinin təxribatlarına göz yumması, səsini çıxarmaması, onların təxribatlarını əngəlləməməsi və həmin qanunsuz silahlı birləşmələri toplayaraq Qarabağın dağlıq hissəsindən xaric eləməməsi onların öz vəzifələrini yerinə yetirməməsi anlamına gəlir.
- Sizcə, rusiyalı sülhməramlılarla sağollaşmağın vaxtı çatıbmı?
- Əgər sülhməramlılar öz vəzifələrinin öhdəsindən gəlmirlərsə, o zaman onların buradakı fəaliyyətinə də gərək yoxdur. Ortada 10 noyabr 2020-ci ildə imzalanan üçtərəfli razılaşma var. Bundan sonra iki dəfə ölkə rəhbərləri bir araya gəldilər. Rusiya prezidenti Vladimir Putin də Qarabağın Azərbaycan torpağı olduğunu bəyan etdi. O, beynəlxalq hüquqda da məsələnin bu cür təsbit olunduğunu vurğuladı. Putin də hər kəsin bu gerçəyi qəbul etməli olduğunu söylədi. Əgər Qarabağ Azərbaycan torpağıdırsa, başqa bir ölkənin separatçı, terrorçu dəstələri və ya silahlı qruplaşmaları başqa bir ölkənin torpaqlarında nə işi var?! Ona görə də baş verən təxribatları sürətli şəkildə bloklamaq, sona çatdırmaq vacibdir. Əgər sülhməramlılar bu vəzifənin öhdəsindən gələ bilmirsə, onların fəaliyyətinə də son qoymaq lazımdır. Biz Azərbaycan Silahlı Qüvvələrin sülhün bərpa olunması, ərazi bütövlüyünün təmin olunması, bu istiqamətdə Qarabağdakı qanunsuz silahlı birləşmələrinin separatçı, bölücü fəaliyyətlərini neytrallaşdırmaq, zərərsizləşdirəcək gücdədir. 10 noyabr anlaşmasından 16 aylıq bir zaman keçib. Buna baxmayaraq, bəyanatdan irəli gələn müddəalar hələ də yerinə yetirilməyib. Ona görə də bu nüans bizim rusiyalı sülhməramlılara, üçtərərfli bəyanata imza atan Rusiya və Ermənistana qarşı inam, güvən problemimizi ortaya çıxardı.
- Əgər sülhməramlılara güvən ortadan qalxırsa, deməli, alternativ variantlar nəzərdən keçirilə bilər?
- Əgər güvən ortadan qalxırsa, sülhməramlılar tərəfsiz xidməti davranışlar sərgiləmirsə, haqq-ədalətə məhəl qoyulmursa, beynəlxalq hüququn müddəaları yerinə yetirilmirsə, o zaman Rusiya sülhməramlıların burada qalmasının heç bir önəmi yoxdur. Ona görə də öz missiyalarını tamamlayıb, Qarabağdan çıxıb getsinlər. Çünki Azərbaycan bu problemi öz ərazi bütövlüyü çərçivəsində həll etməyə qadirdir. Bunun müqabilində Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzində xidmət aparan rusiyalı və türkiyəli müşahidəçilərin sağlam, düzgün müşahidə apararaq baş verənləri təsbit edərək aidiyyəti ölkələrə göndərə bilərlər. Bu, daha önəmlidir. Mən bu cür düşünürəm. Eynilə Fərrux kəndində olduğu kimi, digər bölgələrdə də – Pirlər kəndi də daxil – beynəlxaq hüquqa, ümtərəfli bəyanata və ədalətə əks davranışların sərgilənməsi, Fərrux kəndində olduğu kimi, harada terrorçu qruplar varsa, Azərbaycan öz ərazi bütövlüyü çərçivəsində həmin terrorçu qrupları zərərsizləşdirmək gücündədir. Üstəlik, Azərbaycan həmin terrorçu qrupların zərərsizləşdirilməsi ilə bağlı öhdəlik, məsuliyyət sahibidir. Eyni zamanda, Azərbaycan burada buna haqqı çatan tərəfdir. Birləşmiş Millətlər Təşkilatı səviyyəsində də Azərbaycana bu haqqlar, imkanlar verilir. Qarabağın dağlıq hissəsində terror və terrorçular varsa, onun başı əzilməlidir. Onlar – həmin terrorçu qruplaşmalar tamamilə zərərsizləşdirilməlidirlər.
-
Magazin209:48
Məşhur reper güllələndi: qatil hadisəni lentə aldı - ANBAAN VİDEO
-
Magazin109:00
Əməkdar artistin nəvəsi ilə MARAQLI VİDEOSU
-
ABŞ08:12
1 dollara satılan Panama kanalı - Tramp onu GERİ QAYTARACAQ
-
Magazin105:45
Bu da Röya Ayxanın "Qızı" - VİDEO
-
Magazin201:41
Məşhur müğənnidən büstqaltersiz dərin dekolteli FOTOLAR
-
Hadisə00:30
Azərbaycanda toy evində KÜTLƏVİ DAVA - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Bu səhvi etsəniz, sevgilinizlə münasibətiniz çətinləşəcək
-
Magazin221 Dekabr 23:12
İş adamı Dubayda görün kiminlə ailə qurdu - FOTO