Nida.az
Namizədlərə “hakimiyyətin adamı” və “satqın” demək qadağan olundu
Müsavat başqanlığa namizədlərin irəli sürülməsi prosesi və seçki kampaniyasına start verilib.
Publika.az-a partiyadan verilən məlumata görə, kampaniya bu gün saat 10:00-da başlanıb.
Seçki kampaniyası zamanı davranış qaydaları da açıqlanıb. Qaydalara əsasən, təşviqat zamanı Müsavat Partiyasının Nizamnaməsinə zidd olaraq dini, milli, irqi və etnik ayrı-seçkiliyə rəvac vermək, Müsavat Partiyasının Proqramında əks olunan təməl prinsiplərə zidd ifadələr işlətmək, alternativlərinin ünvanına onun şəxsiyyətini aşağılayan, faktlara söykənməyən, “satqın”, “hakimiyyətin adamı”, “Müsavatın düşməni”, “casus, agent”, etnik və ya region mənsubiyyətini fərqləndirmə və s. kimi ifadələr işlətmək, qurultay nümayəndələrinə maddi yardım təklif etmək və ya göstərmək, görüş zamanı və ya görüşdən sonra namizədin hesabına haqqı ödənilən ziyafət vermək, namizədin kampaniyasında Müsavat Partiyasının maliyyə resurslarından istifadə etmək, qurultay nümayəndələrinin nəqliyyat xərclərinin namizədlər tərəfindən ödəmək (zəruri hallarda qurultay nümayəndələrinin nəqliyyat xərclərini ödəmək QHTK-da həll oluna bilər), qurultay günü qurultay nümayəndələrinə təbliğat xarakterli siyahılar paylamaq, namizədlərə Müsavat Partiyası qərargahının otaqlarından, zalından, texniki vasitələrindən və digər resurslarından istifadəyə qadağa qoymaq, namizədin təşkil etdiyi görüşlərə mane olmaq və görüşləri pozmaq yolverilməz hesab olunur.
Say komissiyasının sədri, müavini və üzvləri təbliğat işində iştirak edə bilməz. Başqanlığa namizədlərin partiya başqanının adından sui-istifadə etməsinə də yol verilmir.
Asif
-
Magazin111:53
“Mənə intim təkliflər edib, əmr verirlər” - Faiq Ağayev
-
Magazin111:28
“50 yaşında kişiyə ərə getmək istəyərəm” - VİDEO
-
İdman10:38
Bellinqemin yeni uğuru: Özündən 4 yaş böyük modeli ovsunlayıb - FOTOLAR
-
Sosial09:30
Mağazadan qovulan qadınla bağlı QORXUNC AÇIQLAMA: “Onu zorla...”
-
ABŞ08:29
Bir anlıq intihar barədə düşündüm, amma... - Baydendən gözlənilməz ETİRAF
-
Sağlamlıq08:17
Valideynlərin NƏZƏRİNƏ: Son günlər azyaşlılar arasında yayılan yeni virusun simptomları
-
Magazin207:25
İlhan Mansız azərbaycanlı xanımından olan övladının üzünü ilk dəfə göstərdi - FOTO
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir