Minsk qrupu arxivə göndərildi – Musabəyov
Bizi izləyin

Nida.az

Minsk qrupu arxivə göndərildi – Musabəyov

“Rusiya Federasiyasının Xarici İşlər Nazirliyinin rəhbəri Lavrova erməni həmkarı Ararat Mirzoyan ilə danışıqların yekunlarına dair mətbuat konfransında ABŞ və Fransanın imtina etdiyini bildirdi. Əslində, Minsk qrupu 2020-ci ilin sonunda Prezident İlham Əliyevin ATƏT-in həmsədrlərini “soyuq” şəkildə qəbulundan sonra bir daha təsdiqləndi ki, Azərbaycanın onların səmərəli səylər verəcəyinə ümid etmir. Yəni, rəsmi Bakı Minsk qrupunun bundan sonra da səmərəli fəaliyyət göstərəcyinə inanmır və bu inam çoxdan itib”.

Bunu Publika.az-a açıqlamasında Milli Məclisin deputatı Rasim Musabəyov deyib.

Millət vəkili bildirib ki, İrəvanla Bakı arasındakı problemi, Qarabağ münaqişəsini Azərbaycan təkbaşına həll etdi:“Azərbaycan BMT-nin qətnamələrinə uyğun olaraq, erməni silahlı qüvvələri tərəfindən işğal edilmiş ərazilərini 44 günlük müharibə ilə azad etdi. BMT-nin qəbul etdiyi 4 qətnamənin icrasını da təkbaşına gerçəkləşdirdi. Artıq Dağlıq Qarabağ münaqişəsi diplomatiyada da mövcdu deyil. Bu o deməkdir ki, Azərbaycan arxivə atılmış Minsk qrupunun həmsədrlərinin də hər hansı bir xidmətinə ehtiyac duymur”.

Rasim Musabəyov söyləyib ki, Rusiyanın Ukraynaya işğal etməsi bu dövlətin beynəlxalq arenada təcrid olunmasına gətirib çıxardı: “Bu, Rusiyanın ABŞ və Fransa ilə hər hansı bir əməkdaşlığını, o cümlədən Ermənistan-Azərbaycan münasibətlərinin nizamlanmasındakı birgə səylərini də mümkünsüz etdi. Bu o demək deyil ki, vasitəçi Minsk qrupunun keçmiş həmsədrləri olmuş ölkələrin hər biri yerdə qalan problemlərin həllindən tamamilə kənarlaşdırılır. Xeyr, belə deyil. ABŞ-ın supergüc kimi dünyanın istənilən yerində problemlərin həllində sözü keçir. Rusiya 2020-ci ildəki 44 günlük müharibəyə son qoyan üçtərəfli bəyanata imza atıb. Bəyanata əsasən, Rusiyanın "sülhməramlı" kontingenti erməni əhalisinin yaşadığı Qarabağda müvəqqəti olaraq yerləşdirilib. Fransa isə Avropa İttifaqına sədrlik edən ölkə kimi Azərbaycanla Ermənistan arasında vasitəçilik missiyasını həyata keçirir. Qarabağdakı atəşkəsə Rusiya ilə yanaşı, Türkiyə də nəzarət edir. İran da bölgədə davamlı sülhün təmin edilməsinə və əməkdaşlığın bərqərar olmasına cəlb olunur. Lakin Minsk Qrupu həmsədrlərin ikili standartlara söykənən davranışlarına görə diplomatiya tarixinin arxivinə göndərildi”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm