Nida.az
“Arif Hacılı süni şişirdərək İsa Qəmbəri kölgədə qoyurlar”- Müsavatda qalmaqal
Avqustun 28-də Müsavat Partiyasında başqanlıq yarışına start
verildi.
Publika.az xəbər verir ki, Müsavat üzvləri sosial şəbəkələrdə artıq namizədlər ətrafında toplanaraq qarşı-qarşıya gəlirlər.
Müsavat üzvü Könül Əliyevanın Arif Hacılını müdafiə edən statusu
qalmaqala səbəb olub.
“İnanıram ki, Arif Hacılı başqan seçilərsə, partiyaya yeni nəfəs
gələcək. Bəzi qüvvələrin ümidləri boşa çıxacaq. Birlikdən,
bütövlükdən dəm vurub vurub-yıxmaq, dağıtmaqla məşğul olmaqdansa,
favorilərinin (namizədlərin-red) təbliğatı ilə məşğul olsunlar.
Başqan seçimlərində əqidədaşlarına düşmən münasibəti bəsləməsinlər.
Sonradan peşman olacaqları sözləri, ironiyalı atmacaları özlərində
saxlasınlar”, - o, yazıb.
Bu sözlər digər namizədlərin tərəfdarı olan müsavatçıları
əsəbiləşdirib. Rövşən Murad adlı müsavatçı istifadəçi buna
reaksiyasında bildirib ki, bəzi müsavatçılar Arif Hacılını süni
şişirtməklə Müsavat Partiyasının və İsa Qəmbərin böyüklüyünə kölgə
saldıqlarının fərqində deyilər: “Kim Müsavat Partiyasının varlığını
Arif bəy və başqa fərdlərlə bağlayırsa, böyük səhv edir. Müsavatı
heç kim şəxsi malı hesab edə bilməz. O, Rəsulzadənin bu xalqa bəxş
etdiyi əmanətdir və o əmanəti kimsə qrup marağının qurbanına çevirə
bilməz. Müsavatçılığı müəyyənləşdirmək üçün də heç kimə səlahiyyət
verilməyib”.
Məhəbbət Muradov adlı müsavatçı isə K.Əliyevaya məsləhət görüb ki,
gələcəkdə peşman olacağı səhvi etməsin: “Vaxtilə Yeganə Hacıyeva da
aldanıb partiyadaşlarına şər atdı, amma sonra peşman olub istefa
verdi”.
Müsavat Partiyasının Masallı rayon şöbəsinin sədri Xasay
Səfəroğlu isə Arif Hacılının müdafiəsinə qalxıb.
“Buraxın subordinasiyanı, hörməti, bəzi müsavatçılar nəinki Arif
bəyi qəbul etməyib tənqid edirlər, hətta arada əndazəni aşanlar da
olur”, - deyə o, bildirib.
Qeyd edək ki, başqanlıq mübarizəsində partiya rəhbərliyi, həmçinin
funksionerlər kəskin rəqabəti gizlətməyə çalışsalar da, sosial
şəbəkələrdə bu özünü biruzə verir.
Asif Nərimanlı
-
Magazin205:45
Sevgili olduqları deyilirdi: Buse Meraldan Aras Bulutla bağlı AÇIQLAMA
-
Magazin202:00
Məşhur reper öpüşmə səhnəsinə görə sevgilisini tərk etdi
-
Qoroskop00:35
Günün qoroskopu: bir sıra mətləblər əyan olacaq
-
Nida Xəbər 1 May 23:50
Paşinyan: Mümkün qədər tez...
-
Hadisə1 May 23:26
Qızı evdən qaçan ata efirdə göz yaşı tökdü - VİDEO
-
İqtisadi gündəm1 May 22:50
Dolların qiyməti ilə bağlı QƏRAR
-
Region1 May 22:42
Türkiyə ordusu şəhid verdi
-
İKT1 May 20:50
Telekanallarla bağlı statistika AÇIQLANDI - Ən çox bu verilişlər...