Nida.az
Pxenyanın "qələmi qırılır"? - DETALLAR
"Vaşinqton Rusiya-Ukrayna müharibəsi fonunda Asiyadakı müttəfiqlərini də unutmur. ABŞ, Avstraliya və Böyük Britaniya hipersəsə malik silahların istehsalı məsələsində əməkdaşlıq edəcəklərinə qərar veriblər. Bundan başqa, Avstraliya ABŞ-ın dəstəyi ilə atom sualtı gəmilərinin istehsalı prosesinə başlayıb. Pekin bu gedişatı anti-Çin addımları kimi dəyərləndirib. ABŞ, Böyük Britaniya və Avstraliya Ukraynadakı müharibə fonunda hərbi zəmində əməkdaşlığı genişləndiriblər. Bu ölkələr Çinin adını çəkməsələr də, hər üçünün Pekinlə münasibətlərində ciddi problemlər var. Pekin hesab edir ki, ABŞ Sakit okean bölgəsində silahlanma yarışını sürətləndirib, bu isə yeni "soyuq müharibə"yə və sabitliyə zərbə vurur. Halbuki, Çinin özü də son illər eyni bölgədə hərbi varlığını artırıb. Pekin Sakit okean bölgəsindəki gərgin durumun Ukraynadakı durumdan fərqlənmədiyi qənaətindədir. Vaşinqtonun isə proqnozu belədir ki, Çin yaxın illərdə Tayvan adasını ələ keçirməyə çalışacaq. Vaşinqton bunun qarşısını almaq üçün indidən bölgədəki müttəfiqlərini hərəkətə gətirib".
Publika.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
Politoloq bildirib ki, ABŞ Prezidenti Co Baydenin 20-24 may arasında Cənubi Koreya və Yaponiyaya səfər edəcəyi xəbəri yayılıb:
"Bayden administrasiyasının bu səfərlə bağlı iki məqsədi var. Birinci məqsəd Seulda və Tokioda təhlükəsizlik mövzularını, o cümlədən Çin və Şimali Koreya təhlükəsini müzakirə etməkdir. Şimali Koreya lideri beynəlxalq aləmin diqqətinin Ukraynaya yönəldiyini fürsət bilərək nüvə başlığı daşıya bilən raketlərin sınaqlarını artırıb. Liderin ətrafı isə son vaxtlar Cənubi Koreyanı hədələməyə başlayıb. Baydenin səfərinin ikinci məqsədi təhlükə fonunda Cənubi Koreya ilə Yaponiya arasında əməkdaşlığı gücləndirməkdir. Hər ikisi Şimali Koreyanın raket sınaqlarını bölgə üçün təhlükə mənbəyi sayırlar. Buna baxmayaraq, Cənubi Koreya ilə Yaponiya arasında sualların sayı az deyil. Yaponiya İkinci Dünya müharibəsindəki məğlubiyyətinə qədər uzun illər Koreya yarımadasını işğalda saxlayıb. Bu illərdə xeyli koreyalı həlak olub. Yaponiya müharibədən sonrakı illərdə itkilərə görə Cənubi Koreyaya təzminat ödəsə də, münasibətlər tam normallaşmayıb. Misal üçün, Yaponiyanın baş nazirləri hər il yapon hərbçilərin basdırıldıqları qəbiristanlıqları ziyarət edirlər. Həmin qəbiristanlıqlarda isə koreyalılara və çinlilərə zülm edən hərbçilər də basdırılıb. Hər halda Çin və Şimali Koreya təhlükəsi Seulla Tokio arasında əməkdaşlığı genişləndirməyi diktə edir. Baydenin Asiyaya turnesi çərçivəsində Avstraliya, Hindistan və Yaponiya liderlərinin iştirakı ilə sammit də keçiriləcək. Bu dövlətlərin liderləri arasında ilk sammit ötən ilin sentyabrında Vaşinqtonda keçirilmişdi. 24 mayda keçiriləcək ikinci sammitə Yaponiya ev sahibliyi edəcək. Tokio Çin və Şimali Koreya ilə yanaşı, artan Rusiya təhlükəsindən də ehtiyat edir. Yaponiya Rusiya ilə əməkdaşlığı aşağı səviyyəyə endirib. Belə vəziyyətdə Tokionun Vaşinqtonun hərbi dəstəyinə daha çox ehtiyacı yaranıb".
-
Magazin122:02
Aşıq Zülfiyyə: "Oğlumla 3 gündür danışmıram, bütün nömrələrini "blok"a atmışam" - VİDEO
-
MDB21:51
Bu şəxslər Rusiya vətəndaşlığından məhrum ediləcəklər - Sabahdan...
-
Region21:39
Ermənistanda Azərbaycana işləyən “casus”a bu cəza verildi
-
Art21:27
33 ilin direktoru işdən azad edildi
-
Dünya20:45
Terror aktı törətməyə hazırlaşırdı, həbs olundu - FOTO
-
Sağlamlıq20:25
Restoranların təklif etdiyi ucuz setlər təhlükə saçır?
-
Nida Xəbər 19:05
Qazaxın azad olunan dörd kəndi belə qorunur - Foto
-
Magazin218:55
Bu məşhurların fəxri adları əllərindən alındı