Nida.az
İsrail azərbaycanlılara niyə viza vermirmiş? - SƏBƏB
"Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan ilə İsrail prezidenti Şimon Peres arasında Davosda forumunda baş vermiş "One minute!" qalmaqalından sonra Azərbaycan ilə İsrail arasında viza prosesində problemlər yaranıb".
Publika.Az-ın məlumatına görə, bunu Milli Məclisin Azərbaycan-İsrail parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, milliyətcə yəhudi olan deputat Yevda Abramov parlamentin bu gün keçirilən iclasında çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, həmin illərdə Azərbaycandan İsrailə səfər etmək istəyənlərin viza almasında çətinliklər yaşanıb. Y.Abramov deyib: "Şükür ki, artıq bu problem aradan qalxıb. İsrail hər zaman Azərbaycana dəstək verib. Bu dəstək həm beynəlxalq səviyyədə, həm də ikitərəfli münasibətlərdə müşahidə olunur. Hazırda Azərbaycan ilə İsrail arasında qarşılıqlı dostluq münasibətləri mövcuddur. Cənab prezident ilə İsrailin yüksək şəxsləri arasında keçirilən görüşlər də bu münasibətlərin bariz göstəricisidir".
Xatırladaq ki, 2009-cu ilin 30 yanvarında Davos Forumunda çıxış zamanı Türkiyənin baş naziri Rəcəb Təyyib Ərdoğan ilə İsrail prezidenti Şimon Peres arasında qalmaqal yaşanıb. Belə ki, bütün dünyanın gözü qarşısında cərəyan edən bu böhran həm iki ölkə mediasında, həm də dünya mediasında gündəm yaradıb. Bu hadisə tarixə "One minute!" adı ilə düşüb.
Vasif Həsənli
-
Magazin109:51
“Çörək tapmamışıq, anam qonşuya yemək üçün yalvarıb” - Aysundan etiraf
-
Cənubi Qafqaz09:21
İrəvan Almatıda Bakıya təslim olacaq – Ermənistanda nədən qorxurlar?
-
İdman09:00
Ronaldo ilk futbol klubunu 117 milyon dollara SATDI
-
Sosial07:17
Bu gün yağış yağacaq, külək əsəcək - PROQNOZ
-
Avropa06:46
Bu qadın 32,9 kq çəkisi olan sazan tutaraq REKORD QIRDI - VİDEO
-
ABŞ06:16
Ərdən DƏHŞƏTLİ ƏMƏL: arvadını diri-diri basdırdı, 12 saat...
-
Avropa05:15
Ukrayna səmasında QƏRİBƏ PARILTI: ölkənin hər yerində... - FOTO/VİDEO
-
Magazin204:14
Karla Bruni şübhəli şəxs qismində dindirildi