ABŞ niyə Ukraynaya ağır silahlar vermir?
Bizi izləyin

Nida.az

ABŞ niyə Ukraynaya ağır silahlar vermir?

Qərb Ukraynaya ultra-müasir silahlar verir və Ukrayna ordusu bu silahlarla Rusiya ordusunun nəfəsini kəsir. Ancaq bu məsələdə xüsusi önəm daşıyan bir məqam var: Qərb Ukraynaya müdafiə silahları (yüngül silahlar) verir. Rəsmi Kiyev Qərbdən ağır silahlar tələb edir. Ancaq Qərb Ukraynaya ağır silahlar verməyə tələsmir. ABŞ Prezidenti Co Bayden isə açıq şəkildə deyir ki, Amerika Ukraynaya Rusiya ərazisində ciddi dağıntılar törədə biləcək raket sistemləri vermək fikrində deyil.

Publika.az xəbər verir ki, bu sözləri İsveçrədə yaşayan tanınmış jurnalist Elbəyi Həsənli deyib.

Rusiya-Ukrayna savaşında vəziyyəti şərh edən ekspert qeyd edib ki, müharibədə Qərbin hədəfi bəllidir:

“Qərb istəyir ki, Rusiya Ukraynada ciddi itkilər versin və mümkün qədər bu müharibə uzansın. Rusiyanın dərinliklərinə işləyə biləcək raket sistemlərinin Ukraynaya verilməsi nəticəsində isə müharibədə vəziyyət rəsmi Kiyevin xeyrinə dəyişə bilər. Bu isə Qərbə qətiyyən lazım deyil. Qərbə lazım olan odur ki, Ukrayna xarabaya çevrilsin, Rusiyanın isə hərbi maşını birdəfəlik sıradan çıxsın. ABŞ istəyir ki, Rusiyanın imperiya ambisiyalarına birdəfəlik son qoyulsun. Bu, daha çox Azərbaycanın, qismən də Türkiyənin maraqlarına uyğundur.

Rusiya başa düşür ki, Ukraynaya qarşı müharibəyə başlamaqla özünü tələyə salıb. Ona görə də müharibənin başa çatmasna can atır. Bu məqsədlə də Almaniya və Fransa ilə danışıqlar aparır. Arada Türkiyənin də imkanlarından yararlanmağa çalışır.

Ancaq bəlli olan odur ki, Almaniya, Fransa və Türkiyə bu müharibəni dayandıra bilməz. Çünki Ukrayna birbaşa ABŞ və Böyük Britaniyanın təsiri altındadır.Yəni bu ölkələr “dur” deməsə, Ukrayna Rusiya ilə sülh danışıqlarına başlamayacaq.

Rusiya nəinki Donbas və Luqansk kimi separatçı bölgələrdən, hətta Krımdan belə imtina etmək məcburiyyətindədir. Real situasiya belədir ki, hər ötən gün Rusiyanın əleyhinə işləyir”.

src="/storage/files/upload/549054c57247f75b7d0ec903f91b765161e8be38.jpg" style="width: 561px; height: 372.13px;" class="fr-fic fr-dib">


Oxumağa davam et
Reklam
Reklam

Gündəm