Tbilisi seçim qarşısında: Rusiyaya qarşı sanksiyalara qoşulsun, qoşulmasın?
Bizi izləyin

Nida.az

Tbilisi seçim qarşısında: Rusiyaya qarşı sanksiyalara qoşulsun, qoşulmasın?

Gürcüstanın "İmedi" telekanalının sifarişi ilə "Gorbi" araşdırma mərkəzi ölkə vətəndaşları arasında bir neçə sualla sorğu aparıb.

Publika.az">Publika.az xəbər verir ki, sorğuda iştirak edən vətəndaşlardan son zamanlar cəmiyyətdə gündəmdə olan məsələlər barəsində fikirlər soruşulub.

Sorğu zamanı respondentlərə hakimiyyətin Rusiya əleyhinə sanksiyalar məsələsindəki mövqeyi barəsində sual ünvanlanıb.

Respodentlərin 69,8 faizi hakimiyyətin Rusiya əleyhinə iqtisadi sanksiyalara qoşulmama addımını dətəklədiyi, 27,1 faizi isə dəstəkləmədiyi cavabını verib, 3,1 faiz isə suala cavab verməkdən imtina edib.

Bununla yanaşı, respodentlərə, Rusiya-Ukrayna müharibəsinə Gürcüstanın qoşulma məsələsi də soruşulub və respodentlərin 77,6 faizi ölkənin bu müharibəyə qoşulmamasının, 20,8 faizi isə qoşulmasının tərəfini tutduğunu bildirib, respodentlərdən 1,6 faizi isə sualı cavablamaqdan imtina edib.

Digər bir sual isə "Gürcüstanın Rusiya-Ukrayna müharibəsinə qoşulması aşağıda sadalananlardan ən çox hansının marağındadır" deyə olub:

“Vahid Milli Hərəkat” – 28,5%;

Rusiya -12,4%;

ABŞ - 12,4%;

Ukrayna hökuməti - 8,6%;

Gürcüstan hökuməti - 2,1%;

Avropa İttifaqı - 1,2%;

Heç biri - 12,6%;

Bilmirəm - 22,2%.

Qeyd edək ki, “İmedi” televiziyasının sifarişi ilə həyata keçirilən sorğu "Rəy və Biznes Araşdırmaları Beynəlxalq Mərkəzi - "Gorbi” tərəfindən keçirilib. Sorğu, 2022-ci ilin 2-7 iyun tarixində bütün Gürcüstan üzrə telefon vasitəsi 1000 respondentlə müsahibə əsasında aparılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm