Nida.az
“Hədələdim və nail oldum”- Vəfa Quluzadə Ərdoğanın səfərini şərh edir
“Ərdoğanla İlham Əliyev ilk növbədə Dağlıq Qarabağın
işğaldan azad olunmasını və Soçi görüşündən öncə ölkəmizə qarşı
təcavüzkar təxribatı müzakirə edəcək”.
Publika.az-a açıqlamasında bu
sözləri sabiq dövlət müşaviri, politoloq Vəfa Quluzadə Türkiyə
prezidenti Rəcəp Tayyip Ərdoğanın Azərbaycana bu gün başlayacaq
səfərini şərh edərkən deyib.
Təhlükəsizlik, hərbi əməkdaşlıq...
Türkiyənin regionda böyük dövlət olduğunu deyən V.Quluzadə hesab
edir ki, Soçi görüşündən öncə baş verən düşmən təxribatlarının
qarşısını almaq məsələsi prezidentlərin görüşündə prioritetlərdən
biri ola bilər: “Türkiyə Azərbaycanın böyük dəstəkçisidir və güman
ki, prezidentlərin görüşündə təhlükəsizlik məsələləri müzakirə
olunacaq. Bundan başqa, iki ölkə arasında hərbi əməkdaşlıq və bir
çox digər məsələlər masaya yatırılacaq. Mümkün olanlar həll
olunacaq, digərləri gələcək üçün saxlanılacaq”.
“Bunu prezidentlərdən başqa heç kim bilmir”
Naxçıvanda Türkiyənin hərbi bazasının yerləşdirilməsi haqqında
səslənənlərə gəlincə, sabiq dövlət müşaviri bildirib ki, bu kimi
məsələləri prezidentlərdən başqa heç kim bilmir: “Bu, birbaşa
yüksək səviyyədə həll olunan məsələdir. Lakin hesab edirəm ki,
Naxçıvanda türklərin əsgəri bazasının yerləşdirilməsi hələlik real
deyil, hətta bundan sonra da real olmaya bilər. Çünki onlar da, biz
də türkük. Biz öz diviziyamızı Naxçıvanda yerləşdirməli, Türkiyənin
döyüşlərdən çıxmış ekspertləri, terrorla mübarizə aparmış
komandirləri bizim qüvvələrlə əməkdaşlıq etməlidir. Onsuz da bizim
ordumuz Naxçıvanda hər cür möhkəmlənib və bundan sonra da belə
olacaq. Bu baxımdan, Türkiyənin hərbi bazasının burada
yerləşdirilməsi, bəlkə də, lazım deyil. Bütün hallarda xarici
əsgəri bazanın ölkədə yerləşdirilməsi arzuolunan deyil”.
“Məqsədim Rusiyanı hədələmək idi, etdim və nail
oldum”
Vaxtilə özünün də belə bir fikir səsləndirdiyini deyən V.Quluzadə
əslində bununla Rusiyanı hədələdiyini açıqlayıb.
“Mən də vaxtilə NATO bazalarının Azərbaycanda yerləşdirilməsi
fikrini dilə gətirmişəm. Bunu deyəndə bilirdim ki, qeyri-real
məsələdir. Amma bununla mən Rusiyanı hədələmək məqsədi daşıyırdım.
Etdim və məqsədimə nail oldum. O vaxt Rusiya Xarici İşlər Nazirliyi
mənə qarşı bəyanat səsləndirdi, İran da eyni addımı atdı. 1999-cu
ildə onlar qorxurdu ki, Azərbaycan Amerika ilə razılaşacaq və bu
baş tutacaq. Lakin Amerika razılaşmadı, əslində Azərbaycana da öz
torpaqlarında xarici hərbi bazanın yerləşdirilməsi lazım deyildi.
Sadəcə olaraq, bu məsələni yalnız və yalnız Azərbaycanın reytinqini
qaldırmaq üçün gündəmə gətirmişdik. Rusiyaya işarə vermək
istəyirdik ki, biz bunu da edə bilərik. Lakin bu gün ümumiyyətlə
lazım deyil. Hər iki dövlət türkdür və bir-birinə yetərincə dayaq
dururlar”, - deyə V. Quluzadə açıqlayıb.
Asif Nərimanlı
-
Sosial20:24
Polkovnik Fuad Qasımova yüksək VƏZİFƏ VERİLDİ
-
Magazin120:00
Pərvin Abıyeva mini ətəkdə - FOTOLAR
-
Sosial19:24
İki yaşayış məntəqəsi QASIZ QALACAQ
-
Nəqliyyat19:12
Yüksək vəzifədən azad edilən Zaur Hüseynovdan İLK AÇIQLAMA
-
Avropa17:20
Fitso Putinlə görüşə gedir, vəziyyət çətinləşir - Aİ necə reaksiya verəcək?
-
Kriminal16:40
Bakıda evakuator sürücüsündən şok əməl: 15 yaşlı qızı hotelə apardı, 6 gün ərzində...
-
Region16:00
Başı özünə qarışan Makrondan Paşinyan əl çəkmir: Yenə dəvət etdi
-
Dünya15:25
Liviyanın "Əsəd"i hərəkətə keçdi: Rusiya bu şəhərə qoşun göndərir