Nida.az
"Nüvə toqquşması ehtimalı artır" - Ekspert
"Rusiya-Ukrayna müharibəsi fonunda bir sıra dövlətlər ordusunu gücləndirməyə və hərbi texnika sayını artırmağa qərar verib. Hərbi büdcəsini artıran, nüvə silahı potensialını artırmağa qərar verən dövlətlər də var. Halbuki, bu dünyanı daha böyük fəlakətə sürükləyir. BMT baş katibi Antoniu Quterreşin sözlərinə görə, dünyada toplam 13 min 400 nüvə başlığı var və bu, nüvə müharibəsi ehtimalını artırır. Rusiyanın Ukraynaya qarşı apardığı işğalçı müharibə nüvə toqquşması təhlükəsinin miqyasını nümayiş etdirir. Qazaxıstan Ukrayna müharibəsi fonunda nüvə silahının qadağan olunmasını təklif edib. Ancaq Qazaxıstanı eşidən yoxdur. Əksinə nüvə silahına malik dövlətlər nüvə arsenallarını daha da artırırlar".
Publika.azxəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
Politoloqun sözlərinə görə, Çin də öz nüvə silahlarını modernizasiya edib:
"Çinin müdafiə naziri Vey Fenxe bir neçə gün əvvəl Sinqapurda keçirilən beynəlxalq forumda deyib ki, ölkəsi nüvə silahlarını modernləşdirib. Nüvə başlığı daşıyan modernləşdirilmiş raketlər ilk dəfə 2019-cu ildə Pekində hərbi paradda nümayiş etdirilib. Çində nüvə raketlərinin saxlanılması üçün 100-dən çox şaxta mövcuddur və bu say artır. Çinin müdafiə nazirinin sözlərinə görə, modernləşdirilmiş nüvə raketləri özünümüdafiəni gücləndirmək üçün lazımdır. O Çinin nüvə raketlərini kiməsə qarşı birinci istifadə etməyəcəyini bildirib. Ancaq bu sadəcə bəyanatdır. Pekin Tayvan adasını ələ keçirmək məqsədilə ABŞ-la qarşıdurmaya hazırlaşır. Elə buna görə də Vaşinqton Çinin nüvə silahlarını artırmasından narahatdır. ABŞ-ın müdafiə naziri Lloyd Ostin hesab edir ki, Pekin təxribata hazırlaşır. Ostinin fikrincə, Çin qonşuları olan Yaponiya və Hindistana qarşı hərbi təzyiqi artırır".
Elxan Şahinoğlu düşünür ki, Çinin nüvə arsenalını artırması və Şimali Koreyanın raket sınaqları Yaponiya və Cənubi Koreyanı ciddi narahat edir:
"Bu iki dövlət seçim qarşısındadır: onlar ya ABŞ-dan ərazilərində nüvə silahı yerləşdirməyi xahiş edəcəklər, ya da özləri nüvə silahının istehsalına başlayacaqlar. Çin nüvə silahı arsenalını artırmaqla yanaşı nüvə başlığı daşıya bilən sualtı hərbi gəmilərinin sayını artırıb. Bundan başqa Çin təyyarədaşıyan gəmilərin istehsalını sürətləndirib. Çin ayrıca, Cibuti və Kambocada böyük hərbi-dəniz bazaları inşa edir. Bütün bunlar Pekinin gələcək planlarından xəbər verir".
-
Magazin109:00
Əməkdar artistin nəvəsi ilə MARAQLI VİDEOSU
-
ABŞ08:12
1 dollara satılan Panama kanalı - Tramp onu GERİ QAYTARACAQ
-
Magazin105:45
Bu da Röya Ayxanın "Qızı" - VİDEO
-
Magazin201:41
Məşhur müğənnidən büstqaltersiz dərin dekolteli FOTOLAR
-
Hadisə00:30
Azərbaycanda toy evində KÜTLƏVİ DAVA - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Bu səhvi etsəniz, sevgilinizlə münasibətiniz çətinləşəcək
-
Magazin221 Dekabr 23:12
İş adamı Dubayda görün kiminlə ailə qurdu - FOTO
-
Sosial21 Dekabr 22:00
Sumqayıtlı gəncə yüksək VƏZİFƏ VERİLDİ