Nida.az
“Bu birlik düşmənləri sındıracaq” - Ərdoğanın səfərinə daxili baxış
“Rəcəb Tayyib Ərdoğanla İlham Əliyevin qondarma “erməni
soyqırımına” qarşı birgə mübarizə ilə bağlı qəbul etdikləri
qərardan uzağa gedən nəticələr çıxarmaq lazımdır”.
Publika.az-a açıqlamasında bu
barədə Azərbaycan Milli Strateji Tədqiqatlar Mərkəzinin rəhbəri,
siyasi şərhçi Natiq Miri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın
Bakıya səfəri çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə
birgə mətbuat konfransında verilən mesajları şərh edərkən
deyib.
Onun sözlərinə görə, bundan sonra iki dövlət münasibətlərinə daha
çox “iki dövlət bir millət” strategiyasından yanaşacaq.
Politoloq hesab edir ki, Türkiyə və Azərbaycanın bir çox problemi
ortaq olaraq qəbul olunur: “Problemlərin üzərinə birgə gediləcək.
Əslində, belə qərar çoxdan verilməli idi. Bu həm Türkiyə, həm də
Azərbaycan dövləti adına çox sevindiricidir. Təkcə regionda deyil,
dünyada da birgə hərəkət dostları sevindirəcək, düşmənləri
sındıracaq. Bu, ciddi təməldir və bunun üzərində Azərbaycan-Türkiyə
qardaşlığı möhkəmlənəcək. İki gücün birləşməsi həm iqtisadi, həm
mədəni, mənəvi, hərbi və siyasi yöndə olacaq”.
TANAP layihəsinin təməlinin atılmasına gəlincə, N. Miri bunu qlobal
layihə adlandırıb.
“Bünövrənin atılmasının sentyabrın 20-nə təyin edilməsi də təsadüfi
deyil. 1994-cü ildə mərhum Heydər Əliyev “Əsrin müqaviləsi”ni məhz
sentyabrın 20-də imzalamışdı. Bu, Heydər Əliyev siyasətinin davam
etdirildiyinə dair ciddi mesajdır. Bu layihə Azərbaycanı və
Türkiyəni region və qlobal səviyyədə yüksəldəcək”, - deyə politoloq
bildirib.
Asif Nərimanlı
-
İdman03:43
“Bayer Leverkuzen” 59 ilik rekordu TƏKRARLADI
-
Magazin101:41
Hüsniyə Məhərrəmli: "Atam, mən Masazırdan təzə çıxmışam" - VİDEO
-
Hadisə00:45
Bakıda DƏHŞƏT: toydan sonra iki nəfər faciəvi şəkildə ÖLDÜ - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: romantik qarşılaşma ola bilər
-
Magazin15 May 23:48
Xalq artisti: “Mənə səhnənin canavarı deyirlər”
-
Sosial5 May 23:12
Yol polisindən gələn zəng onları dəhşətə gətirdi: "Maşın vurub öldürdü" - VİDEO
-
Sosial5 May 22:25
Xaçmazda 17 yaşlı qız 37 yaşlı kişi ilə nişanlanıb? - DİN-dən AÇIQLAMA
-
Magazin15 May 22:00
Ədalət Şükürovun qızının toyundan GÖRÜNTÜLƏR - VİDEO