Nida.az
Fəzail İbrahimli: “Hesabat Azərbaycan reallığını tamamilə əks etdirir”
“Azərbaycanın stabil inkişafı, iqtisadi irəliləyişi dünya ölkələrinin diqqətindən yayınmır. Xüsusilə son illər maliyyə böhranı fonunda Avropanın iqtisadı itkiləri Azərbaycanın inkişafı siyasətinə marağı artırıb”.
Publika.az-a açıqlamasında Milli
Məclisin Regional məsələlər üzrə komitəsinin üzvü Fəzail İbrahimli
Ümumdünya İqtisadi Forumu (ÜİF) tərəfindən hazırlanan 2014-2015-cü
illərdə dünya iqtisadiyyatlarının rəqabətə davamlılıq reytinqində
Azərbaycanın dünya iqtisadiyyatının daha rəqabətə davamlı ölkələri
sırasına daxil olması və irəliləyərək 144 ölkə arasında 38-ci yeri
tutmasına münasibət bildirərkən deyib.
Deputat qeyd edib ki, bu gün dünyanın heç bir ölkəsində
Azərbaycandakı iqtisadi inkişaf yoxdur. Onun sözlərinə görə, dövlət
başçısı tərəfindən aparılan uğurlu siyasət Azərbaycanı hazırkı
vəziyyətə və dünya ölkələri arasında önəmli yer tutmasına gətirib
çıxarıb: “Keçmiş post-sovet məkanında olan dövlətlərlə müqayisədə
Azərbaycan sürətlə inkişaf edir. Bu inkişaf da təbii olaraq
Ümumdünya İqtisadi Forumun hesabatında yer alıb. Hesabat Azərbaycan
reallığını tamamilə əks etdirir. Azərbaycan artıq 1990-cı illərin
zəif ölkəsi deyil, iyirminci əsrin güclü dövlətidir. Bu gün
ölkəmizin libası başdan-başa dəyişib”.
“Ermənistanın vəziyyəti “qızıl teştə qan qusmaq” kimidir”
Qeyd edək ki, sözügedən hesabatda Ermənistan Azərbaycandan iki
dəfə geridə - 85-ci yerdə qərarlaşıb.
F.İbrahimli isə hesab edir ki, hesabatda əslində Ermənistana güzəşt
ediblər. Onun sözlərinə görə, Ermənistanla bağlı göstəricilər
şişirdilib.
“Ermənistana çox hörmətlə yanaşıblar. Çünki Ermənistanın hansı iqtisadi inkişafından söhbət gedə bilər? Özündə heç bir inkişafı yoxdur, yalnız kənardan yardımlar alır, erməni diasporunun maliyyəsi hesabına yaşayır. Ermənistanın vəziyyəti “qızıl teştə qan qusmaq” kimidir. Azərbaycanın torpaqlarını işğal edib, lakin acından ölürlər. Ermənistan regionda həyata keçirilən heç bir beynəlxalq layihədə yer ala bilmir. Ölkə Azərbaycanla müharibə vəziyyətindədir, Türkiyə ilə sərhədlər bağlıdır, İranla isə məhdud çərçivədə münasibətlər saxlayır. Amma dövlətin inkişafı kənardan təmin edilə bilməz. Ona görə də bu gün Ermənistana kənardan daxil olan pullar əhalinin yalnız acından ölməməsinə sərf edilir”, - deyə deputat qeyd edib.
Asif Nərimanlı
-
Magazin205:45
Sevgili olduqları deyilirdi: Buse Meraldan Aras Bulutla bağlı AÇIQLAMA
-
Magazin202:00
Məşhur reper öpüşmə səhnəsinə görə sevgilisini tərk etdi
-
Qoroskop00:35
Günün qoroskopu: bir sıra mətləblər əyan olacaq
-
Nida Xəbər 1 May 23:50
Paşinyan: Mümkün qədər tez...
-
Hadisə1 May 23:26
Qızı evdən qaçan ata efirdə göz yaşı tökdü - VİDEO
-
İqtisadi gündəm1 May 22:50
Dolların qiyməti ilə bağlı QƏRAR
-
Region1 May 22:42
Türkiyə ordusu şəhid verdi
-
İKT1 May 20:50
Telekanallarla bağlı statistika AÇIQLANDI - Ən çox bu verilişlər...