Bakıda enerji toplantısı: “Köhnə Qitə” xilas yolları axtarır
Bizi izləyin

Nida.az

Bakıda enerji toplantısı: “Köhnə Qitə” xilas yolları axtarır

Bu gün Bakıda Avropa Birliyinin “Şərq Tərəfdaşlığı” proqramına daxil olan ölkələrin - Azərbaycan, Gürcüstan, Moldova, Belarus və Ukrayna - enerji nazirlərinin görüşü keçirilib. Görüşdə Avropa Birliyinin energetika üzrə komissarı Hünter Ettinqer də iştirak edir.


Ukrayna böhranından sonra Avropanın artan “donmaq” təhlükəsi fonunda bu görüş diqqətçəkəndir.


Publika.az xəbər verir ki, politoloq Rövşən İbrahimov bu görüşü qiymətləndirərkən deyib ki, bu il dünyanın enerji xəritəsində əsas oyunçulara ziyan vuran bir sıra hadisələr olub. Onun sözlərinə görə, müxtəlif hərbi münaqişələr, ABŞ-da “şist inqilabı”nı göstərmək olar: “Hansı ki, şistdən yanacağın əldə olunması qəfil o qədər böyüdü ki, ABŞ-ın daxili bazarında da neft və qazı sıxışdırır. Belə olduğu təqdirdə, karbohidrogen ehtiyatına o qədər də ehtiyac duymayan ABŞ qazı Yaxın Şərqdən idxal etməyə başladı. Yaponiyanı unutmaq lazım deyil. “Fukusima” qəzasından sonra Tokio qazı əsasən Yaxın Şərqdən alır. Digər tərəfdən, Qətər Avropaya satdığı qədər Asiyaya da enerji resurslarının satmağa başladı”.


Politoloq qeyd edib ki, neftin qiymətinə əsas təsir edən hadisə Ukrayna münaqişəsi oldu. Onun sözlərinə görə, Suriya, Liviya və İraq problemi enerjiyə birbaşa təsir etmir: “Belə ki, biz dəfələrlə şahidi oluruq ki, enerji o vaxt bahalaşır ki, onun çatdırılma marşrutunda problemlər yaranır. Bu mənada Ukrayna münaqişəsi əsasdır. Çünki bura Rusiya qazının Avropaya çıxışını zərbə altına qoyur”.


Qeyd edək ki, ekspertlər Bakı toplantısını Avropanın enerji xilası üçün variantlardan biri hesab edirlər, xüsusilə rusiyalı analitiklər son proseslər fonunda buna diqqət çəkir.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm