Nida.az
Elmar Məmmədyarovdan Avropa İttifaqının komissarına tutarlı CAVAB
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Avropa İttifaqının genişlənmə və Avropa qonşuluq siyasəti üzrə komissarı Ştefan Fülenin bu gün Bakıda keçirilən mətbuat konfransı zamanı Azərbaycanda vətəndaş cəmiyyəti, QHT və digər məsələlərlə bağlı səsləndirdiyi fkirlərə münasibət bildirib.
Publika.az-ın məlumatına görə, nazir E.Məmmədyarov Ş.Fülenin Qarbağla bağlı konkret fikir bildirmədiyini, əksinə, diplomatik sözlərdən istifadə etdiyini vurğulayıb:
"İstəyirik ki, QHT-lərlə bağlı daha çox şəffaflıq əldə edək. QHT-lər Ədliyyə Nazirliyindən qeydiyyatdan keçməlidirlər. Azərbaycan demokratik və açıq cəmiyyət yaradır. Biz QHT- lər tərəfindən şəffaflıq gözləyirik. İnsan hüquqlarına gəlincə, qanunun aliliyinin pozulması mümkün deyil. Bəzi beynəlxalq QHT-lər, təşkilatlar Azərbaycan bu sahədə tənqid edirlər. Amma Azərbaycan bu ölkələr sırasında sonuncu deyil".
E.Məmmədyarov əlavə edib ki, Azərbaycan oktyabrın 2-də üzv dövlətlər adından AŞPA-da hesabat təqdim edəcək.
Qeyd edək ki, Ş.Füle Bakıda keçirilən mətbuat konfransında bildirib ki, Azərbaycan Avropanın ən nüfuzlu təşkilatlarından biri olan Avropa Şurasına sədrlik edir, o ümid etdiyini bildirib ki, Azərbaycan bu sədrliklə yanaşı öz ölkəsində həmin dəyərləri və prinsipləri daha dərin bərqərar edəcək.
Vasif Həsənli
-
Cənubi Qafqaz10:00
Azərbaycan və Ermənistan arasında bölünəcək bu kənddə ölçmə işləri başladı - FOTO
-
ABŞ09:12
Milyarder bəşəriyyəti xəbərdar etdi: Atom bombasından da təhlükəlidir
-
İKT09:00
Bill Qeyts "Microsoft"da gizli işlə məşğuldur - Məlumat SIZDIRILDI
-
MDB08:00
Rusiyada səma çəhrayı rəngə boyandı - FOTO/VİDEO
-
MDB06:46
Rusların kabusuna çevirilən QARAÇI DÜŞƏRGƏSİ - Antaş balaca-böyük bilmədən...
-
Magazin205:15
Madonna Braziliyanı "SİLKƏLƏDİ" - Çimərlikdə və şəhər küçələrində izdiham yaşandı
-
Səhiyyə04:14
Son günlər azyaşlılar arasında yayılan yeni VİRUS NƏDİR? - VİDEO
-
İdman03:43
“Bayer Leverkuzen” 59 ilik rekordu TƏKRARLADI