Nida.az
Vilfrid Furman: “Dağlıq Qarabağın açarı Rusiyanın əlində deyil”
“ABŞ Uelsdə prezidentlərin görüşünü təşkil etməklə Putinin Soçi görüşünə cavab verdi. Yəni bir növ onlar Rusiyadan geri qalmaq istəmədilər. Burada Avropa İttifaqının “qonşuluq siyasəti” çərçivəsində Azərbaycan və Ermənistana 170 milyon avronun ayrılması da bu görüşlər fonunda diqqət çəkir. Bütün bu görüşlər və müəyyən məbləğlərin ayrılması onu göstərir ki, bu üç əsas oyunçu münaqişəni həll etmək yox, dondurulmuş vəziyyətdə saxlamağa çalışırlar”.
Publika.az xəbər verir ki, Potsdam Universitetinin professoru
Vilfrid Furman belə deyib.
Onun sözlərinə görə, Dağlıq Qarabağ faktiki olaraq iki güc blokunun
arasında qalan zonaya çevrilib: “Mən o fikirlə razı deyiləm ki,
Dağlıq Qarabağ münaqişəsinin açarı Rusiyanın əlindədir. Lakin bu
açar ABŞ və Avropa Birliyində də deyil. Problemin həll açarı
Azərbaycan və Ermənistanın əlindədir. Ermənistanı müzakirə etsək,
deyə bilərik ki, bu ölkə Qarabağda soyqırımı törətdiyini və bu
əraziləri zəbt etdiyini unutdurmaq üçün hər şeyi edir. Mənim üçün
bu, regionda soyqırımın klassik formasıdır. Regionda etnosun
tamamilə sürgün edilməsi və qətlə yetirilməsi, etnik təmizləmə,
mədəni landşaftın məhv edilməsi, azərbaycanlıların regionda yaşamaq
hüququnun tamamilə tapdalanması – bunlar hamısı soyqırımı
əlamətləridir. Lakin onlar Azərbaycanı ittiham edir, buna paralel
olaraq qovulmuş azərbaycanlıları öz ərazilərinə buraxmırlar. Başqa
sözlə, erməni tərəfi hər hansı güzəştlərə qətiyyən hazır
deyil”.
V. Furman qeyd edir ki, faktiki olaraq Azərbaycanın ərazi bütövlüyü
pozulub.
“Bütün Qərb Şərqi Ukrayna və Krım məsələsində Ukraynanın ərazi
bütövlüyünü dəstəklədi. Lakin söhbət Azərbaycandan düşəndə
ağızlarına su alıb otururlar. Halbuki, ermənilərin tutduğu
torpaqlar BMT tərəfindən Azərbaycanın tanınmış sərhədləridir.
BMT-nin bununla bağlı qətnamələri də var və onlar bu günə qədər də
yerinə yetirilmir. Əslində, Krımla Qarabağ məsələsi oxşardır. Krım
ilhaq edildi və əhalinin iradəsinin əksinə olaraq orada referendum
keçirildi. Qarabağda vaxtilə belə “referendum” əhalinin qətli və
qovulması ilə həyata keçirilib. Onlar azərbaycanlıları qovdu və
özləri “referendum” keçirərək müstəqil olduqlarını elan etdilər. Bu
gün beynəlxalq hüquqa söykənən və öz ərazi bütövlüyünün bərpasında
təkid edən Azərbaycan Qərbdə səmimi dəstək tapmır. Beləliklə, o,
Qarabağı azad edib ərazi bütövlüyünü bərpa etmək məsələsində
tamamilə tək qaldı”, - deyə alman şərhçi bildirib.
V. Furman Qərbin Azərbaycanı dəstəkləməməsini xristianlıq amili ilə
bağlayır. Onun sözlərinə görə, bütün Qərb hökumətlərində bu amil
üstünlük təşkil edir: “Qərb Azərbaycan və Ermənistan arasında
ədaləti bərabər bölüşdürmür. Digər tərəfdən, Suriya və İraqda dini
fundamentalistlər “cihada” qalxıb, onların Qərbdə çox mənfi imici
var. Qərb ictimaiyyəti də haradansa eşidib ki, Azərbaycan əhalisi
də müsəlmandır və beləliklə, müsəlman dünyasına olan mənfi rəy
Azərbaycana da tətbiq edilib. Lakin Azərbaycanın dünyəvi dövlət
olması ikinci plana çəkilir”.
Alman politoloq hesab edir ki, Qarabağ münaqişəsinin bundan sonrakı
gedişi Ukrayna hadisələrinin inkişafından, xüsusilə Krımın və Şərqi
Ukraynanın uzunmüddətli statusunun necə olacağından asılı
olacaq.
“Hesab edirəm ki, yaxın gələcəkdə bu problem Cənubi Qafqaza
sıçrayacaq. Gürcüstanın NATO-nin tərkibinə qatılmasında təkid edən
amerikalıların təzyiqi artacaq. Abxaziya və Cənubi Osetiya yenidən
gündəmdə olacaq və Gürcüstana təzyiqlər davamlı olaraq artacaq.
Eyni zamanda, Putin Qazaxıstan və Ermənistana da təzyiq göstərəcək. Çünki Yerevanı Gömrük və Avrasiya ittifaqlarına daxil etməyə çalışır. Burada Ermənistan üçün əsas məsələ ittifaqa Dağlıq Qarabağla birlikdə getməkdir. Amma buna da Qazaxıstan qarşı çıxır.
Nəhayət, Azərbaycan “tək ada”da qalır. Azərbaycanın faktiki olaraq iki imkanı var. Ya Gürcüstan nümunəsi ilə Qərbə inteqrasiyanı gücləndirəcək, ya da Qərbdən imtina edib Moskvaya yönələcək. Yerdə qalan versiyaları isə zaman göstərəcək”, - deyə V. Fuman vurğulayıb.
Asif Nərimanlı
-
İKT01:21
"YouTube"a yeni RƏQİB GƏLİR: müsabiqə elan edildi
-
Region00:30
Türkiyədə silahlı qadın doğum evinin həkimlərini GİROV GÖTÜRDÜ
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Elə mövzular gündəmə gələ bilər ki...
-
Hadisə00:00
Xoşqədəm baldızı tərəfindən döyülən qadının VİDEOSUNU YAYDI
-
Əmlak5 Oktyabr 23:36
Bakıda bu evlər sökülür: pul veriləcək - FOTO
-
Hadisə5 Oktyabr 23:24
Hacıqabulda AĞIR QƏZA: bir ailənin üç üzvü...
-
Magazin25 Oktyabr 21:48
Məşhur müğənni 35 yaşına çatmadan HƏYATLA VİDALAŞDI - FOTO
-
Magazin15 Oktyabr 20:36
Aynur Dadaşova tanınmaz halda - FOTO