Nida.az
Qubad İbadoğlu: “Seçilsəm, Müsavat xaricdən maliyyələşməyəcək”
“Bu gündən etibarən İqtisadi Tədqiqatlar Mərkəzi, Mədən sənayesində şəffaflığın artırılması Koalisiyası, Milli Büdcə qrupu, Azərbaycan Düşüncə Mərkəzindəki fəaliyyətimi dayandırıram”.
Publika.az xəbər verir ki, bu barədə Müsavat
başqanlığına namizədliyini irəli sürən Qubad İbadoğlu bu gün
keçirdiyi mətbuat konfransında deyib.
Q. İbadoğlu İsa Qəmbərə xüsusi status verilməsi barədə təklifə
münasibətini bildirib. O, İsa Qəmbərə xüsusi status verilməsinin
tərəfdarı deyil: “Mən bildiyim qədər İsa Qəmbərin özü də bunu
istəmir. Əgər qurultayda belə bir təşəbbüs qaldırılsa, müdafiə
edəcəyik”.
O əlavə edib ki, başqan seçilərsə, Müsavatda Düşüncə Mərkəzi
yaradacaq.
Başqanlığa namizəd seçiləcəyi təqdirdə partiyanın maliyyələşməsi barədə öz fikrini açıqlayıb. Bildirib ki, heç bir halda Müsavat xaricdən maliyyələşməyəcək: “Buna qanun da imkan vermir. Partiya indiyə qədər üzvlük haqqı hesabına maliyyələşib, bundan sonra da belə olacaq”.
Q. İbadoğlu siyasi fəaliyyətdə gənclərə və qadınlara xüsusi yer
verəcəyini bildirib.
Asif
-
Rəsmi xronika14:14
İlham Əliyev qanun imzaladı
-
ABŞ13:55
Seçkiqabağı sorğu: İkisindən biri 10 faiz öndədir
-
Dünya13:20
Peter Siyarto Makrona qarşı çıxdı
-
Sosial12:35
Əmlak bazarında “tilov effekti” - Yanvardan tətbiq olunan bu qərar insanları qorxuya salıb
-
Art12:06
Azərbaycan teatrının “sarı simi” – Onun gözlərinə baxa bilmirdim
-
Dünya11:20
İnauqurasiyadan sonra Putinin ilk xarici səfəri: Tarix açıqlandı
-
Magazin210:44
Məşhur aparıcı millət vəkili ilə evlənir - FOTO
-
İqtisadi gündəm10:22
Azərbaycandan toyuq əti bu ölkələrə göndərilə bilər: Bahalaşacaq