Nida.az
REAL-ın proqramı plagiatdır?- Müxalifət bir-birinə dəydi
REAL Hərəkatının icra katibi Natiq Cəfərlinin “Facebook” sosial şəbəkəsində partiyaların proqram layihəsi barədə irəli sürdüyü fikirlər siyasilər tərəfindən müzakirələrə səbəb olub.
Publika.az xəbər verir ki, Natiq Cəfərli qeyd edib
ki, REAL Hərəkatı siyasətə dəyərlər, qırmızı cizgilər, lider
ətrafında birləşmə deyil, ictimai fikir liderlərinin ideya və
dəyərlər ətrafında birləşməsi konsepsiyasını, yanaşmasını gətirməyə
çalışıb: “Uzun illər heç bir siyasi partiyanın etmədiyini etdik -
yeni proqram layihəsini ictimaiyyətə təqdim etdik. Çox xoşdur ki,
bu gün siyasi səhnədə olan partiyaların hamısı yeni proqram
sənədlərini hazırladıqlarının anonsunu verdilər, yəni açdığımız
cığırdan irəliləmək istəyirlər və bu, çox yaxşı haldır. Siyasi
mübarizə, təkamül üçün təşkilatların xalqın qarşısına boş sözlərlə,
şüarlarla deyil, mükəmməl hazırlanmış, detallı proqramlarla
çıxması, siyasətin mitinq havasından, “oturmayan ermənidir”
yanaşmasından uzaqlaşması çox vacibdir”.
N. Cəfərlinin bu fikrinə Müsavat Məclisinin üzvü Elman Fəttah
etiraz edib.
E. Fəttah qeyd edib ki, Müsavat Partiyası yeni proqramla ilk
dəfə 1997-ci ildə iki layihə: millətçi və liberal demokratik xətlə
çıxış edib: “Liberalları Hikmət Hacızadə, millətçiləri isə Nəsib
Nəsibzadə təmsil edirdi. İki il ərzində bu proqram ictimaiyyətdə
geniş müzakirə olunub. Sonda liberal demokratik layihə əsas
götürülməklə proqram qəbul olunub. O vaxt indiki REAL-çılar aşırma
şalvarda gəzirdilər. 2001-2006-cı illərdəki qurultayda proqrama
əlavə və dəyişikliklər baş verib. İndi yenidən 3 ildir üzərində
işlənilir və qurultayda qəbul olunacaq. Yəni cığır-filan söhbətləri
çığır-bağırdan başqa bir şey deyil”.
Müsavatçı REAL-çıları plagiatçılıqda suçlayıb və qeyd edib ki,
proqramın bəzi hissələri “copy-paste”dir: “2010-cu ilin dekabr
ayından Müsavatın nizamnamə-proqram komissiyası yaradılıb, intensiv
işləyib və artıq hazırdır, qurultayda qəbul olunacaq. Bir sənəd
hazırlamısınız, oradan-buradan “copy paste”dir. Təqdir etmişik ki,
ən azından formalaşmağa çalışırsınız, mütərəqqi hadisədir. İndi
qalxıb bizə “cığır açdıq, dalımızca gəlirlər” demək gülməli
deyil?”
N. Cəfərli proqramın böyük hissəsinin hüquqşünaslar Erkin
Qədirli və Xalid Bağırov tərəfindən yazıldığını deyib: “Sən
deyirsən ki, onlar plagiatla məşğuldurlar?” .
REAL-ın icra katibi proqramın qalan hissəsini Cəsur Sümərinli,
Azər Qasımlı, Azər Mehdiyev, Rövşən Ağayev, Zöhrab İsmayıl, Rəsul
Cəfərovun yazdığını söyləyib: “Bəlkə, İlqar Məmmədov həbsxanadan
plagiat edib?”
O, REAL-ın proqramının təhsil hissəsini Altay Göyüşovun yazdığını deyib. Xaliq Bağırov hüquqi reabilitasiya, hüquq islahatları, mədəniyyətin dövlət tənzimləməsi və başqa sahələrdə proqramı yazmış şəxslərlə bu mövzuda debata çıxmağa hazır olduğunu bildirib.
Asif
-
Sosial19:24
İki yaşayış məntəqəsi QASIZ QALACAQ
-
Nəqliyyat19:12
Yüksək vəzifədən azad edilən Zaur Hüseynovdan İLK AÇIQLAMA
-
Avropa17:20
Fitso Putinlə görüşə gedir, vəziyyət çətinləşir - Aİ necə reaksiya verəcək?
-
Kriminal16:40
Bakıda evakuator sürücüsündən şok əməl: 15 yaşlı qızı hotelə apardı, 6 gün ərzində...
-
Region16:00
Başı özünə qarışan Makrondan Paşinyan əl çəkmir: Yenə dəvət etdi
-
Dünya15:25
Liviyanın "Əsəd"i hərəkətə keçdi: Rusiya bu şəhərə qoşun göndərir
-
Dünya13:40
Trüdo baş nazir kreslosunu itirir - Görün nə ilə hədələyirlər
-
Sosial13:35
Polkovnik-leytenantın qızı Türkiyədə vəfat etdi