Amerikalı həmsədr: ABŞ və Rusiya Dağlıq Qarabağ məsələsində həmrəydirlər
Bizi izləyin

Nida.az

Amerikalı həmsədr: ABŞ və Rusiya Dağlıq Qarabağ məsələsində həmrəydirlər

ABŞ və Rusiya arasında fikir ayrılıqlarının olmasına baxmayaraq, Moskva və Vaşinqton Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsində həmrəydirlər. Trend Ermənistanın “Mediamaks” nəşrinə istinadən verdiyi məlumata görə, bunu ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik Yerevanda deyib.

Amerikalı həmsədr qeyd dib: "Biz Rusiya və Minsk qrupunun rusiyalı həmsədri ilə fəal çalışırıq və sülhə aparan yolu tapmağa cəhd edirik”.

Minsk qrupunun həmsədr ölkəsi olan Rusiyanın Azərbaycana silah satmasına dair suala cavab verən C.Uorlik bildirib ki, bu, həmsədrlər arasında müzakirə olunan məsələlərdən deyil: "Biz narahatıq və təması xəttində gərginliyin və qurbanların sayının artması ilə bağlı narahatlığımızı ifadə etmişik. Biz yenidən tərəfləri atəşkəsə hörmət etməyə və pozuntulara son qoymağa çağırırıq”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm