Nida.az
Milli Şuradan onlar da gedir - Qalmaqal
Klassik Xalq Cəbhəsi Partiyası (KXCP) Milli Şuradan çıxır.
Partiyanın qurumun sonuncu sessiyasına qatılmaması da bunu deməyə əsas verir. Belə ki, uzun fasilədən sonra keçirilən sessiyada klassiklər iştirak etməyib.
KXCP sədri Mirmahmud Mirəlioğlu bu barədə danışmaqdan imtina edib. Lakin müxalifət kulislərində gedən söhbətlərə görə, partiya “de-yure” olaraq qurumdan ayrılmaq niyyətindədir. Ona görə “de-yure” ki, faktiki olaraq KXCP-nin Milli Şurada yalnız adı qalıb. Sonuncu sessiyadan əvvəlki sessiyada yaşanmış qalmaqalla tərəflər arasında, demək olar ki, bütün körpülər yandırıldı.
Bunun ardınca M. Mirəlioğlu Milli Şuradan ondan əvvəl ayrılmış
İsa Qəmbərlə münasibətləri istiləşdirdi.
Publika.az KXCP-Milli Şura münasibətlərinə hər iki
tərəfdən aydınlıq gətirməyə çalışıb.
KXCP sədrinin müavini Xəzər Teyyublu Milli Şurada fəaliyyət
göstərdiklərini, lakin müəyyən narazılıqların olduğunu deyir: “Biz
istəmirik ki, Milli Şura bir partiyanın təsirində olsun. Bununla
bağlı narahatlığımızı ifadə etmişik. Hesab edirik ki, Milli Şura
hər hansı təşkilatın üstqurumuna çevrilməməlidir. Milli Şuranın
daxilindəki vəziyyətlə bağlı mayın 2-də etirazımızı bildirdik.
Qurumun genişlənməsinə, inkişaf etməsinə stimul lazımdır. Biz
qurumun AXCP hesabına genişlənməsinə qarşıyıq”.
X. Teyyub qeyd edib ki, Milli Şuradakı təmsilçiliklərinə yenidən
baxa bilərlər. O, qurumdan ayrılmağı da istisna etməyib.
Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Vidadi Mirkamal isə
KXCP-yə etiraz edir. Onun sözlərinə görə, bu səbəblər
bəhanədir.
“Biz istəməzdik ki, KXCP Milli Şuradan ayrılsın. Çünki bu partiya
demokratiya uğrunda mübarizə aparan təşkilatlardandır. Onun getməsi
Milli Şuranı zəiflədər. istəyirik ki, bizimlə yolumuza birgə davam
etsin. Amma getmək istəsələr də, bu, onların öz işidir. Gedəni
saxlamazlar, əgər gedirlərsə, bəhanə gətirməsinlər”, - deyə o
bildirib.
V. Mirmkamal qeyd edib ki, Milli Şura nəinki AXCP-nin, heç bir
partiyanın hesabına genişləndirirlmir. Onun sözlərinə görə, qəbul
olunan üzvlər öz xidmətlərinə görə buna layiq görülüblər: “Heç kimə
təmsil olunduğu partiyaya görə qiymət vermirik”.
Qeyd edək ki, Milli Şurada AXCP-nin dominantlığı haqda xəbərlərin
yayılması birinci dəfə deyil. Müsavatın qurumdan ayrılmasına səbəb
olan amillərdən biri də bu idi. İddialara görə, Əli Kərimli qurumu
özünə yaxın şəxslər hesabına genişləndirir, beləliklə, öz təsir
gücünü qoruyur.
Sonuncu sessiyada başqa “Azadlıq” qəzetinin baş redaktoru Qənimət
zahid olmaqla qəbul olunan 8 üzvün də hamısı bu və ya digər formada
Əli Kərimliyə yaxın şəxslər hesab olunur.
Asif Nərimanlı
-
Dünya05:15
"Titanik"dəki ən varlı adamın cib saatı bu qiymətə satıldı - FOTO
-
Kriminal03:43
Çayxana qan gölünə döndü: Muradova 13 bıçaq zərbəsi vuruldu
-
Sosial02:42
Azərbaycanda sabiq polis oğurladığı əşyaları sevgilisinə satdırırmış - VİDEO
-
Sosial01:11
Cəmiyyət açıq-saçıq geyinənlərə necə baxır?: “Bizə çox şey deyirlər, amma..." - VİDEO
-
Qoroskop00:05
Günün ULDUZ FALI: şəxsi münasibətlərdə problemlər ola bilər
-
Magazin127 Aprel 23:50
Xuramandan ŞOK ETİRAF: "Yoxsa onu öldürərdim"
-
Region27 Aprel 23:40
Türkiyədə polis bölməsinə SİLAHLI HÜCUM: 2 həmkarını öldürdü, 8-ni isə... - VİDEO
-
Sosial27 Aprel 23:30
Şəhid atası möcüzə kimi hadisə danışdı: Yuxuda... - VİDEO