Nida.az
“Geopolitika”: “Qarabağda yeni “sülh” rus layihəsidir”
Avqustun başlanğıcında Azərbaycan-Ermənistan sərhədində gərginlik, itkilərin olması, ardınca Soçidə Rusiya prezidenti Putinin liderləri görüşdürməsi və sakitliyin bərpası suallar yaratdı. Əsas sual budur, yeni “sülh” Rusiyanın layihəsidir?
Publika.az xəbər verir ki, Litvanın “Geopolitika” nəşri Qarabağ
münaqişəsi və regiondakı vəziyyəti şərh edib.
Nəşr yazır ki, Moskva regionda sabitliyə çalışır. Amma Rusiya
doğrudanmı sülh yaradandırmı? Bu sual cavabsızdır.
Azərbaycan ictimaiyyəti əmindir ki, Dağlıq Qarabağda döyüş
hərəkətlərinin intensivləşməsi, ümumilikdə isə bu münaqişənin baş
verməsi Rusiya tərəfindən reallaşdırılıb.
Azərbaycanın sabiq prezidenti Heydər Əliyev kimi siyasətçinin
müşaviri işləmiş Vəfa Quluzadə cəbhədəki gərginlik Rusiyanın
Ukraynada düşdüyü vəziyyətlə birbaşa bağlı idi. Onun sözlərinə
görə, Rusiya Ermənistandan istifadə edərək cəbhədəki vəziyyəti
qarışdırdı və beləliklə, regionda söz sahibi olduğunu nümayiş
etdirdi.
“Şərq-Qərb” mərkəzinin rəhbəri, siyasi analitik Ərəstun Oruclu isə
hesab edir ki, bu cür provakasiyalara Rusiya Azərbaycanı Gömrük
Şurasına cəlb etməyə çalışır. Onun fikrincə, cəbhədəki gərginlik və
ardınca Soçi görüşü eyni zəncirin halqasıdır.
Erməni politoloq R. Qiraqosyan da hesab edir ki, bütün bunların
arxasında Rusiya dayanır.
Nəşr yazır ki, Moskvanın əsas istəyi öz qoşunlarını Qarabağa
yerləşdirməkdir. Bunun adı sülhməramlı olacaq, amma bununla Rusiya
bölgəyə tamamilə nəzarət edəcək. Hətta Ermənistanın ondan nə qədər
asılı olmasına baxmayaraq, bəzən Kremldə Yerevanın addımlarına görə
əsəbiləşirlər.
Lakin Krımdan fərqli olaraq, Qarabağ münaqişəsində tərəflərin heç biri rus qoşununun bölgəyə girişini istəmir. Bütün bunlarsa, Rusiyanın heç də “sülh göyərçini” olmadığını göstərir.
Asif Nərimanlı
-
Region21:12
Diş həkimindən ŞOK ƏMƏL: implantı pasientin beyninə bağladı, sonra...
-
Sosial21:00
Yeddi gündən sonra meyiti tapılan İbrahimin FOTOSU
-
ABŞ20:12
Qız anası olmaq üçün 15 il dalbadal HAMİLƏ QALDI - FOTO
-
Magazin119:40
Rəqqasə Fatiməni məhkəməyə verdilər
-
Elm və təhsil19:30
Azərbaycanda məmur bu əməlinə görə İŞDƏN QOVULDU
-
Hadisə19:15
Bakı metrosunda sərnişin öldü
-
Kriminal18:36
İçki məclisi QANLA BİTDİ: Seyfullayev qətlə yetirildi
-
İdman18:24
Klopp və Salah arasında dava düşdü - VİDEO