Nida.az
Hafiz Hacıyev: “Məni bu qədər təhqir etməyə dəyərmi?”
Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyev müsavatçılarla cəbhəçilərə müraciət ünvanlayıb. Publika.Az xəbər verir ki, partiya sədri bu barədə “Facebook” səhifəsində yazıb.
H. Hacıyev əvvəlcə istifadəçilərə onu izlədikləri və ünvanına dedikləri xoş sözlərə görə minnətdarlığını bildirib. O, onu təhqir edənlərə də minnətdarlıq etdiyini deyib: “Sizlər bəzən məni haqsız olaraq qınayırsınız. Mən bütün bunların hamısını anlayışla qarşılayıram və bu günə kimi etdiklərimin, dediklərimin arxasında dayanıram. Peşman deyiləm. Nə etmişəmsə dövlətimin gələcəyi naminə etmişəm”.
H. Hacıyeva daha sonra belə deyib: “Hörmətli cəbhəçi və müsavatçı bacı-qardaşlarım! Sən niyə bunu edirsən sualı ilə tez-tez qarşılaşıram. Hamını düşündürən suala mən burdan cavab verirəm: Siz sıravi müsavatçıları hər an öz şəxsi maraqlarına qurban verən İsa Qəmbəri bəyəm tanımırdınız? Gördünüz Milli Şuranı hansı qəpik-quruşa satdı?! İndi araşdırın. Kimdir satqın? Mən yoxsa İsa Qəmbər?
Hörmətli müsavatçılar, indi deyin sosial şəbəkələrdə məni bu qədər təhqir etməyə dəyərmi? Mən bütün sağlam müsavatçıları, vaxtı ilə bir yerdə mübarizə apardığım cəbhəçiləri mənim ətrafımda birləşməyə dəvət edirəm. Sizlər mənə sual edirsiniz ki, bu işlərin axırı necə olacaq?
Sizləri dəvət edirəm bizim partiyaya (MMP-yə) bu işlərin necə
olmasını sizə sübut edim. Sizi 1 ildə hakimiyyətə gətirim. Hələlik
bu qədər”.
Asif
-
Magazin202:00
Məşhur reper öpüşmə səhnəsinə görə sevgilisini tərk etdi
-
Qoroskop00:35
Günün qoroskopu: bir sıra mətləblər əyan olacaq
-
Nida Xəbər 1 May 23:50
Paşinyan: Mümkün qədər tez...
-
Hadisə1 May 23:26
Qızı evdən qaçan ata efirdə göz yaşı tökdü - VİDEO
-
İqtisadi gündəm1 May 22:50
Dolların qiyməti ilə bağlı QƏRAR
-
Region1 May 22:42
Türkiyə ordusu şəhid verdi
-
İKT1 May 20:50
Telekanallarla bağlı statistika AÇIQLANDI - Ən çox bu verilişlər...
-
Region1 May 20:40
"Xarici agentlər haqqında" qanun layihəsi ikinci oxunuşda qəbul edildi