Nida.az
“Əhməd Orucun başı inəklərinə o qədər qarışıb ki...”
“Əhməd Orucun başı inəklərinə o qədər qarışıb ki, dünyadan
xəbəri yoxdur”.
Bu barədə Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) Mərkəzi
Şurasının üzvü Əli Orucov Publika.az-a
açıqlamasında Azadlıq Partiyasının sədri Əhməd Orucun AMİP-i QHT
səviyyəsində partiya adlandırmasına münasibət bildirərkən
deyib.
AMİP funksionerinin fikrincə, Əhməd Orucun bu açıqlaması özünüifşa
deməkdir: “Çünki açıqlamasından da göründüyü kimi bu adamın nə
siyasətdən anlayışı var, nə də gedən siyasi proseslərdən. Onun kimi
qeyri-ciddi birisinin dediklərinə reaksiya verməmək də olardı.
Çünki AMİP haqqında nəsə demək Əhməd Orucun nə səviyyəsinə, nə də
zəkasına uyğun deyil. Əhməd Oruc kimi dar düşünən, qazanda nəyin
qaynadıldığından xəbəri olmadan qaşığını götürüb növbədə dava-dalaş
salan kəslərə bir daha xatırlatmaq istərdim ki, AMİP Azərbaycanda
ilk rəsmi qeydiyyatdan keçən, çoxpartiyalı sistemin əsasını qoyan
sağ mərkəzçi partiyadır. Bu partiya dünyanın 69 ölkəsının
sağ-mərkəzçi aparıcı 85 siyasi partiyasını özündə birləşdirən
Beynəlxalq Demokrat İttifaqının 1997-ci ildən üzvüdür. Burda
İngiltərənin Hakim Konservatorlar, ABŞ-in Respublikaçılar, İsveçin
Moderat, Fransanın, Avtraliyanın, İtaliyanın, Macarıstan və s kimi
dövlətlərin çox nüfuzlu partiyaları AMİP-in BDİ-dəki
müttəfiqləridir. AMİP eyni zamanda Avropa Parlamentində ən çox
deputat yeri olan, aparıcı fraksiya Avropa Xalq Partiyası ilə
əməkdaşlıq edir. Azərbaycanda AMİP qədər geniş əlaqələri olan
ikinci bir partiya yoxdur. AMİP lideri Etibar Məmmədov isə 2005-dən
BDİ-nin sədr müavinidir”.
Ə. Orucov qeyd edib ki, son parlament seçkilərinə AMİP-in
qatılmamasının, eləcədə hansısa prezidentliyə namizədi
dəstəkləməməsinin, həmçinin Milli Şurada təmsil olunmamasının izahı
və seçkilərə münasibət AMİP tərəfindən dəfələrlə əsaslandırılmış
şəkildə verilib.
“İndi bizim günahımız deyil ki, Əhməd Oruc bunları dərk edəcək
halda deyil. Ölkənin aparıcı siyasi təşkilatlarından biri və
birincisi olan AMİP bu gün də siyasi mübarizənin önündədir. Bunları
görmək və dərk etmək üçün dərrakə, görən göz lazımdır. Məncə, Əhməd
Oruc xırda təsərrüfatı ilə məşğul olsun, heç olmasa, ailəsinə bir
xeyri dəyər”, - deyə AMİP funksioneri vurğulayıb.
Qeyd edək ki, Ə. Oruc moderator.az-a açıqlamasında bildirib ki,
AMİP artıq bir siyasi partiya çərçivəsindən çıxaraq QHT çərşivəsinə
enib.
“Artıq bu partiyanın adı qalıb. Özü isə siyasi səhnədən
uzaqlaşaraq, QHT və kooperativ bir təşkilat kimi fəaliyyət
göstərir. Onlar bir neçə xarici təşkilatla əməkdaşlıq müqaviləsi
imzalayıb və onlarla əməkdaşlıq edərək pul qazanmaqla məşğuldurlar.
Bu necə siyasi təşkilatdır ki, nə prezident seçkilərində iştirak
etdi, nə namizəd irəli sürdü, nə heç kimi müdafiə etmədi, nə də ki,
seçkinin yekunu ilə bağlı mövqe ortaya qoymadı. Belə də siyasi
partiya olar? Ona görə də bir daha təkrar edirəm ki, bu artıq
siyasi partiya deyil, kooperativ bir təşkilatdır”, - deyə partiya
sədri AMİP-i ittiham edib.
Asif Nərimanlı
-
Magazin209:48
Məşhur reper güllələndi: qatil hadisəni lentə aldı - ANBAAN VİDEO
-
Magazin109:00
Əməkdar artistin nəvəsi ilə MARAQLI VİDEOSU
-
ABŞ08:12
1 dollara satılan Panama kanalı - Tramp onu GERİ QAYTARACAQ
-
Magazin105:45
Bu da Röya Ayxanın "Qızı" - VİDEO
-
Magazin201:41
Məşhur müğənnidən büstqaltersiz dərin dekolteli FOTOLAR
-
Hadisə00:30
Azərbaycanda toy evində KÜTLƏVİ DAVA - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Bu səhvi etsəniz, sevgilinizlə münasibətiniz çətinləşəcək
-
Magazin221 Dekabr 23:12
İş adamı Dubayda görün kiminlə ailə qurdu - FOTO