Nida.az
Jirinovski: “Siyasətçi kimi Bakıya ilk dəfə gedəcəm”
“Azərbaycanda mənə münasibət çox istidir”.
Publika.az rus mediasına istinadən xəbər verir ki, bu barədə Rusiyanın Liberal-Demokrat Partiyasının sədri, Duma üzvü Vladimir Jirinovski deyib.
Qeyd edək ki, bir neçə gün öncə rusiyalı siyasətçinin Bakıya
gələcəyi xəbəri yayılsa da, sonradan bu xəbər təkzib edildi.
Amma Jirinovski özü bildirib ki, Bakıya baş çəkmək
niyyətindədir.
“Mənə Bakıya getmək, oranı gəzmək maraqlıdır. Çünki mən orda 30 il
öncə qeyri-siyasi sima ilə olmuşam. Parlamentdə təmsil olunan
partiyanın lideri kimi ilk dəfə gedəcəm”, - deyə o bildirib.
Daim Azərbaycana tənqidləri ilə seçilən Jirinovski bu dəfə
tərifləyib: “Azərbaycana və onun mədəniyyətinə münasibətim
yüksəkdir. Mən türk dilini bilirəm. Azərbaycanla Türkiyə mədəni və
dil baxımından çox yaxın ölkələrdir. Mən bu respublikanı daha
yaxından tanımaq üçün orda bir neçə gün keçirməyə şad olacam. Biz
sadə məişətlə ünsiyyət qurmaq istəyirik. Nə dövlət rəhbərliyi ilə
görüş, nə də bu səfəri böyütmək lazımdır”.
Rusiya mediasının məlumatına görə, Jirinovski sentyabrın sonlarında
Bakıya səfər etmək niyyətindədir.
Asif Nərimanlı
-
Rəsmi xronika12:05
İlham Əliyev qəbul keçirdi
-
Rəsmi xronika11:10
Biz buna imkan verə bilmərik - Prezident
-
Hadisə09:46
Rövşən Rzayev vəfat etdi - FOTO
-
Sosial09:30
Bu ərazidə mənzillər kütləvi şəkildə satışa çıxarıldı - Ucuz qiymətə... - VİDEO
-
Dünya08:36
Azərbaycanda bu qadağa qüvvəyə minir
-
Region08:24
Bəy gəlini toy karvanında qoyub qaçdı - ANBAAN VİDEO
-
Maraq dünyası06:46
Pitonla kral kobranın ərazi üstündə döyüşü izləmə rekordu qırır - VİDEO
-
Magazin104:44
Dilarə Əliyeva: "14 il keçib, hələ də bir insanla küsülüyəm" - VİDEO