Nida.az
Dəstək bəyanatlarını namizədlər özləri hazırlatdırıb? - Müsavatda son akkordlar
Müsavatın VIII qurultayına iki gün qaldı. Bu qurultay daha çox başqan seçkiləri ilə diqqət çəkir. Belə ki, İsa Qəmbər nizamnaməyə uyğun olaraq, 20 illik başqanlığı ilə vidalaşacaq.
Onun yerinə 4 namizəd - Arif Hacılı, Qubad İbadoğlu, Səxavət Əlisoy, Tural Abbaslı başqan olmaq istəyir.
Avqustun 17-i başlayan seçki kampaniyası sentyabrın 17-nə qədər
davam etdi. Artıq namizədlər son akkordlarını vururlar. Diqqət
çəkən məqamsa, A. Hacılı ilə Qubad İbadoğlunun daha aktiv kampaniya
aparmasıdır. Bir qrup müsavatçının hər iki namizədə dəstək bəyanatı
da bu arada diqqətlərdən yayınmadı. Lakin digər iki namizəd - Tural
Abbaslı ilə Səxavət Əlisoy haqda bunu demək çətindir.
S. Əlisoy Publika.az-a açıqlamasında bildirib
ki, o, namizədliyimi rəsmən elan etdikdən də əvvəl bəyan edib ki,
fərqli bir kampaniya aparacaq: “Dostlarla məsləhətləşdik və onlar
mənim təklifimi məqbul saydılar. Yəni, biz görüşlərimizi, mənə
olacaq dəstəyi mətbuata sızdırmamaq qərarına gəldik. Məni
dəstəkləyəcək dostlar bu gün partiyada baş verən proseslərə diqqət
etdikdə bizim düzgün qərar verdiyimizi deyir. Artıq ikitirəlik göz
önündədir və günü-gündən də dərinləşir. Mən hər iki namizədin
hazırlatdığı “dəstək bəyanatlarını” primitiv bir populizm kimi
dəyərləndirirəm və bu “dəstək bəyanatları”nın gələcəkdə Müsavat
Partiyasında ciddi qarşıdurmalar üçün katalizator rolu oynayacağı
qənaətindəyəm”.
Tural Abbaslı isə Publika.az-a açıqlamasında
bildirib ki, təbliğat kampaniyasını qurultaya bir gün qalmışa qədər
aparmaq niyyətindədir.
“Hələ də görüşə bilmədiyimiz qurultay nümayəndələri ilə
görüşəcəyik. Şanslara gəldikdə isə Müsavat kimi bir partiyada
əvvəlcədən proqnoz vermək mümkün deyil. Odur ki, şansların 4
namizəd arasında bərabər olduğunu düşünürəm”, - deyə o
bildirib.
Asif Nərimanlı
-
Sosial15:10
Cəsarət Valehova vəzifə verildi
-
Hadisə14:33
Azərbaycanlı vəkil həbs edildi
-
Nida Xəbər 13:43
Axırda Köçəryanı, Sarkisyanı göstərəcəklər: Simonyan sərhəddəki aksiyanı ələ saldı
-
Rəsmi xronika12:50
İlham Əliyev bu sazişi təsdiqlədi
-
Rəsmi xronika12:31
Bu şəxslər cəzalandırılacaq
-
ABŞ12:08
ABŞ-da sensasion plan: Bayden namizədliyini geri götürür, Obama...
-
Sosial11:48
Bu şəxslərə 1380 manat ödəniş edilir
-
Magazin111:33
“Zaur ailəmi dağıdıb, onu güllələyəcəm” - Polis hərəkətə keçdi