Nida.az
ATƏT məkanında dövlətlərin təhlükəsizliyi üçün təhlükə törədən yeni çağırışlar müşahidə olunur
Bu gün ATƏT məkanında təşkilata üzv dövlətlərin təhlükəsizliyi üçün təhlükə törədən yeni çağırışlar müşahidə olunur. Trend-in məlumatına görə, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov cümə günü ATƏT nazirlərinin iclasında çıxış edərkən Nyu -Yorkda deyib.
Bunlar arasında Helsinki Yekun Aktının təməl prinsiplərinin
seçimli təhrifini, beynəlxalq münasibətlərdə güc nümayiş
etdirilməsinin və ya təhdid hallarının kəskin artmasını, həmçinin
gücdən istifadə nəticəsində ATƏT-ə üzv ölkələrin beynəlxalq
səviyyədə tanınmış sərhədlərinin
toxunulmazlığının təminatının iflasa uğramasını misal çəkmək
olar.
İnsan hüquqlarına və fundamental azadlıqlara tam və əhatəli yanaşmanın olmaması, ikili standartların və seçimli yanaşmanın tətbiqi, insan hüquqları adı altında ATƏT-ə üzv ölkələrində təhlükəsizliyi pozmaq cəhdləri də mövcuddur, - nazir deyib.
Məmmədyarovun bildirdiyinə görə, təşkilatı bir-birinə qarşı olan və bir-biri ilə rəqabət aparan siyasi-hərbi məkana çevirmək cəhdləri də narahatedicidir.
Belə qruplaşmalar əsasında rəqabət və hazırlıqlar ATƏT məkanının bölünməzliyini sual altına qoyur və bu, müxtəlif səbəblərdən kollektiv müdafiə institutlarına qoşulmayacaq və ya qoşula bilməyən dövlətlərə təsir edir ki, onlar da Avropa təhlükəsizlik arxitekturasında ATƏT-in rolunun azalması ilə narahat olurlar.
ATƏT məkanında heç bir dövlət, dövlətlər qrupu və ya təşkilat sülhün və təhlükəsizliyin qorunması üçün başlıca məsuliyyətə iddia edə bilməz.
Həmçinin, ATƏT-in məkanını özünün təsir zonasının hər hansı bir hissəsi hesab edə bilməz. Hər hansı bir bloka qoşulmayan ölkə olan Azərbaycan üçün ATƏT-onu birtərəfli təsirlərdən qoruyan beynəlxalq öhdəliyə malik ümum Avropa təhlükəsizliyinin təminatçısıdır. ATƏT məkanında eyni vaxtda inkişaf edən inteqrasiya prosesləri qayəsi vardır. Bu yalnız inteqrasiya proseslərinin tərkib hissəsi olmağa səy göstərən dövlətlər üçün deyil, eləcə də bloklara qoşulmayan iştirakçı dövlətlər üçün bir sıra hədə və təhdidlər yaradır, - nazir bildirib.
Xüsusilə qeyd olunmalıdır ki, ATƏT hər hansı Qərb və ya Avrasiya meylli ittifaq və bloklar üçün rəqib və ya yarışçı deyildir, bura fikir ayrılıqlarının və ziddiyyətlərin konstruktiv məcrada müzakirə oluna biləcəyi geniş bir platformadır.
Əgər təşkilat baş verən böhranlara təkcə reaksiya verməklə deyil, onların daha da gərginləşməsinin qarşısını almağı bacarsa, o zaman ATƏT-in üstünlüyündən tam yararlanmaq olardı.
-
Nida Xəbər 11:18
Azərbaycan Ermənistanı Haaqa Məhkəməsinə verdi - İki iddia qaldırılıb
-
Rəsmi xronika11:08
Prezident konfrans iştirakçılarına müraciət ünvanladı - Yeniləndi
-
Region10:30
Rusiya Əliyevlə Paşinyanın məşhur fotosu ilə bağlı bu addımı atdı - FOTO
-
MDB09:12
Putin qubernatorun kostyumu ilə niyə maraqlanıb?
-
Nəqliyyat08:46
Bu yollarda tıxac var - SİYAHI
-
Dünya08:34
İranda bu da oldu: 15 yaşlı qızların dünyaya uşaq gətirmələrinə İCAZƏ VERİLDİ
-
Maraq dünyası07:35
Əfsanəvi qala ilə bağlı maraqlı faktlar: Bayıl qəsrinin sirri - VİDEO
-
Dünya01:55
Ukrayna Rusiyanın 400 "Şahed" PUA-sını saxladığı bazaya hücum etdi