Nida.az
Jirinovski Dövlət Bayrağı Meydanı, Dənizkənarı Milli Park və İçərişəhəri gəzdi
Rusiya Liberal-Demokrat Partiyasının sədri, Rusiya Federasiyası Dövlət Şurasının üzvü, Dövlət Dumasının deputatı Vladimir Jirinovski sentyabrın 27-də Dövlət Bayrağı Meydanında, Dənizkənarı Milli Parkda və İçərişəhərdə olub.
V.Jirinovski əvvəlcə Dövlət Bayrağı Meydanı ilə tanış oldu. Məlumat verildi ki, dünyada ən hündür bayraq dirəklərindən birinin yerləşdiyi, bütün infrastrukturun yaradıldığı meydan üçün seçilmiş yer Dövlət Bayrağının paytaxtın müxtəlif nöqtələrindən görünməsinə imkan yaradır.
Sonra qonaq Dənizkənarı Milli Parka gəldi.
Qeyd edildi ki, Bakının ən maraqlı və spesifik təbii şəraitə
malik guşələrindən biri olan Dənizkənarı Milli Park ərazisinin
böyüklüyünə görə Parisin Sena çayı sahilindəki parkdan sonra
Avropada ikincidir.
V.Jirinovskiyə Milli Parkda həyata keçirilən tikinti və abadlıq
işləri haqqında da məlumat verildi.
Daha sonra LDP-nin sədri İçərişəhərlə tanış oldu.
Qonağa əvvəlcə Qız qalası abidəsinin tarixi və qeyri-adi
memarlıq özəllikləri barədə məlumat verildi.
Yaxınlıqdakı Sıratağlı dini-memarlıq kompleksinin ərazisindəki
ekspozisiya ilə tanışlıq da V.Jirinovskidə maraq doğurdu.
Elektromobillə gəzinti zamanı qonağa “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu, burada aparılan təmir, abadlaşdırma və bərpa işləri barədə məlumat verildi.
Dövlət Bayrağı Meydanı, Dənizkənarı Milli Park və İçərişəhərlə tanışlıq V. Jirinovskidə xoş təəssürat yaratdı.
Rusiya Liberal-Demokrat Partiyasının sədri, Rusiya Federasiyası Dövlət Şurasının üzvü, Dövlət Dumasının deputatı Vladimir Jirinovski sentyabrın 27-də Dövlət Bayrağı Meydanında, Dənizkənarı Milli Parkda və İçərişəhərdə olub.
V.Jirinovski əvvəlcə Dövlət Bayrağı Meydanı ilə tanış oldu. Məlumat verildi ki, dünyada ən hündür bayraq dirəklərindən birinin yerləşdiyi, bütün infrastrukturun yaradıldığı meydan üçün seçilmiş yer Dövlət Bayrağının paytaxtın müxtəlif nöqtələrindən görünməsinə imkan yaradır.
Sonra qonaq Dənizkənarı Milli Parka gəldi.
Qeyd edildi ki, Bakının ən maraqlı və spesifik təbii şəraitə malik guşələrindən biri olan Dənizkənarı Milli Park ərazisinin böyüklüyünə görə Parisin Sena çayı sahilindəki parkdan sonra Avropada ikincidir.
V.Jirinovskiyə Milli Parkda həyata keçirilən tikinti və abadlıq
işləri haqqında da məlumat verildi.
Daha sonra LDP-nin sədri İçərişəhərlə tanış oldu.
Qonağa əvvəlcə Qız qalası abidəsinin tarixi və qeyri-adi
memarlıq özəllikləri barədə məlumat verildi.
Yaxınlıqdakı Sıratağlı dini-memarlıq kompleksinin ərazisindəki
ekspozisiya ilə tanışlıq da V.Jirinovskidə maraq doğurdu.
Elektromobillə gəzinti zamanı qonağa “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu, burada aparılan təmir, abadlaşdırma və bərpa işləri barədə məlumat verildi.
Dövlət Bayrağı Meydanı, Dənizkənarı Milli Park və İçərişəhərlə
tanışlıq V. Jirinovskidə xoş təəssürat yaratdı.
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi