Nida.az
Yeni başqan: “Müsavatda “İsa bəyin kabineti” formaldır”- Müsahibə
Müsavat Partiyasının VIII qurultayında başqan seçilən Arif Hacılının Publika.az-a müsahibəsi
- Yeni başqan olaraq Müsavatda kadr islahatlarını necə
aparacaqsınız?
- Müsavat Partiyasında hazırda həm seçkili, həm təyinatlı vəzifələr
boşdur. Partiyanın Məclis sədri, Divan üzvləri seçiləcək. Mərkəzi
İcra Aparatının tərkibi formalaşdırılacaq. Biz bu məsələləri tezis
olaraq müzakirə edirik. Partiya strukturlarının formalaşdırılması
prosesini oktyabrın 10-a qədər başa çatdırmaq
niyyətindəyik.
- Digər namizədləri öz komandanızda görürsünümzü?
- Mən, adətən, Müsavatın daxilində gedən müzakirələrdə “mənim
komandam” ifadəsini işlətmirəm. Çünki Müsavat vahid komanda
olmalıdır. Müsavat konkret ideoloji siyasi xəttə uyğun fəaliyyət
göstərən adamların təşkilatıdır. Şübhəsiz ki, seçkidə mənimlə
opponentlik etmiş şəxslər, onların sırasında olan adamlar, seçki
kampaniyası dövründə hətta mənə qarşı kəskin mövqe tutmuş adamlar
da daxil olmaqla, Müsavat üzvlərinin partiyanın strukturlarında
təmsil olunmasında onların seçki prosesində tutduqları mövqe
hər-hansı şəkildə maneçilik törətməyəcək.
- Belə iddialar var ki, partiyada istefalar olacaq. Belə
bir narahatçılıq varmı?
- Müsavatın hər bir üzvü bizim üçün əzizdir. Biz bir nəfərin də
Müsavatı tərk etməsini istəmirik və bunun üçün çalışırıq.
- Maraqlıdır ki, qurultayda İsa Qəmbərin 2018-ci il
prezident seçkilərinə namizədliyi irəli sürüldü. Nə üçün yeni
başqan olaraq sizin deyil, İsa bəyin namizədliyi?
- Hesab edirik ki, həm siyasi təcrübəsinə, həm dövlət xadimi
kimi bacarığına, həm də Azərbaycan cəmiyyətində müxtəlif yönümlü
siyasi qüvvələri birləşdirmək, eyni zamanda, daha çox seçicinin
səsini almaq imkanlarına görə İsa Qəmbər digər siyasi xadimlərdən
üstündür. Onun namizədliyinin irəli sürülməsi səbəbləri də
budur.
- İsa Qəmbəri qarşıdakı dönəmdə partiyada hansı vəzifədə
görürsünüz?
- İsa bəy partiyanın nizamnaməsinə görə Məclisin üzvüdür. Eyni
zamanda, Müsavat Partiyasından qurultay tərəfindən prezidentliyə
namizəd irəli sürülmüş şəxs kimi ciddi statusa malikdir.
- İsa Qəmbər Mərkəzi İcra Aparatının rəhbəri kimi ciddi
bir vəzifədə ola bilərmi?
- İsa bəyin partiya strukturlarında hansısa vəzifə tutmaq niyyəti yoxdur.
- Müsavatda yeni başqan olaraq İsa Qəmbərin kabinetində
oturacaqsınız?
- Müsavatda “İsa bəyin kabineti”, “Arif bəyin kabineti” adlanan məkanlar əslində formal olaraq belədir. Müsavatda olan otaqlar Müsavata məxsusdur. Güman edirəm ki, bu məsələlərlə bağlı mətbuat səhifələrində müzakirələr aparmağa ehtiyac yoxdur. Mən buna texniki məsələ olaraq baxıram.
- Arif bəy, yeni başqan olaraq Müsavatın digər partiyalar,
xüsusilə də AXCP ilə münasibətlərinə yenidən
baxacaqsınızmı?
- Biz AXCP ilə müttəfiqlik münasibətlərinin tərəfdarıyıq.
Müttəfiqlik münasibətlərinin qurulması ilə AXCP-yə verdiyimiz
təklif qüvvədədir. Müsavat başqanı olaraq AXCP ilə müttəfiqlik və
daha səmərəli əməkdaşlıq münasibətlərinin qurulmasına bir daha cəhd
göstərəcəm.
Asif Nərimanlı
-
Magazin210:44
Məşhur aparıcı millət vəkili ilə evlənir - FOTO
-
İqtisadi gündəm10:22
Azərbaycandan toyuq əti bu ölkələrə göndərilə bilər: Bahalaşacaq
-
Sosial10:05
“Green card”a müraciət edənlərin NƏZƏRİNƏ
-
Region09:48
Türkiyə ordusunun daha bir hərbçisini ildırım vurdu
-
Sosial09:29
Elektrik və qazla bağlı yeni qərar qiymətlərə necə təsir edəcək? - VİDEO
-
Magazin108:40
“Yalı çapkını“na vida etdi - FOTO
-
Dünya08:10
Günəşdə güclü partlayış oldu: bir neçə ölkədə radio rabitələri kəsildi
-
Nəqliyyat08:00
Bu yolda sürət həddi bərpa edildi - YENİLƏNDİ