Nida.az
“İsa Qəmbərin gedişindən demokratiya iyi gəlmir”
REAL Hərəkatının İdarə Heyətinin üzvü Azər Qasımlı Müsavatın
keçmiş başqanı İsa Qəmbərin partiyanın son qurultayında 2018-ci il
prezident seçkilərinə namizəd müəyyənləşməsini sərt tənqid
edib.
Publika.az xəbər verir ki, A. Qasımlı Müsavat
partiyasının bu gedişini Rusiya prezidenti Vladimir Putinin
taktikasına bənzədib: “Etibar Məmmədov İsa Qəmbərdən fərqli olaraq
nəinki partiya sədri, heç gələcək prezident seçkilərinə də namizəd
olmadı. İsa bəyin “gedişi” mənə Putinin gedişini xatırlatdı.
Təsəvvür edin ki, Arif Hacılı indi başqan olaraq Müsavatı
gücləndirməlidir, yeni maliyyə mənbələri tapmalı, struktur
dəyişiklikləri etməli, yeni kadrları cəlb etməli, onları idarə
etməli, seçkilərə hazırlaşmalı və s. Bütün bunlar ona görə edilir
ki, partiyanın namizədi İsa Qəmbər prezident seçkilərində iştirak
edə bilsin. Sanki adam başqan yox, menecer seçilib. Necə ki,
Medvedev də vaxtilə Rusiyanın prezidenti idi və ya tənqid etdiyimiz
AKP hökuməti kimi. Yəni burada uzaqdan-yaxından demokratiya iyi
gəlmir. Əslində müsavatçılar ən pisini etdilər. Ondansa İsa Qəmbər
başqan qalsaydı, heç olmasa, daha səmimi olardı”.
Qeyd edək ki, Müsavatın keçmiş başqanı İsa Qəmbər sentyabrın 27-də
keçirilən qurultayda 2018-ci il prezident seçkilərinə namizəd
olub.
Asif
-
Magazin205:45
Sevgili olduqları deyilirdi: Buse Meraldan Aras Bulutla bağlı AÇIQLAMA
-
Magazin202:00
Məşhur reper öpüşmə səhnəsinə görə sevgilisini tərk etdi
-
Qoroskop00:35
Günün qoroskopu: bir sıra mətləblər əyan olacaq
-
Nida Xəbər 1 May 23:50
Paşinyan: Mümkün qədər tez...
-
Hadisə1 May 23:26
Qızı evdən qaçan ata efirdə göz yaşı tökdü - VİDEO
-
İqtisadi gündəm1 May 22:50
Dolların qiyməti ilə bağlı QƏRAR
-
Region1 May 22:42
Türkiyə ordusu şəhid verdi
-
İKT1 May 20:50
Telekanallarla bağlı statistika AÇIQLANDI - Ən çox bu verilişlər...