Xəzər “beşliyi” siyasi bəyanatı razılaşdırıb
Bizi izləyin

Nida.az

Xəzər “beşliyi” siyasi bəyanatı razılaşdırıb

Həştərxanda keçirilən IV Xəzər sammitinin iştirakçıları siyasi bəyanatı razılaşdırıblar.

Publika.az-ın RİA xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə sammitdə iştirak edən Rusiya prezidenti Vladimir Putin bildirib.

“Siyasi bəyanat bizim tərəfimizdən razılaşdırılıb. Burada ilk dəfə Xəzərdə əməkdaşlıq məsələlərinin əsas prinsipləri qeyd edilmişdir. Əldə olunan razılıqlar bütün tərəflərin uzunmüddətli maraqlarına cavab verir”, - deyə Rusiya dövlət başçısı vurğulayıb.

Xatırladaq ki, Xəzərin statusunun müəyyənləşdirilməsi IV Xəzər sammitinin əsas müzakirə mövzusudur. Beş Xəzəryanı ölkə - Rusiya, Azərbaycan, İran, Qazaxıstan və Türkmənistan 20 ildən çoxdur ki, dəniz şelfinin bölünməsi ilə bağlı danışıqlar aparır.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm