Nida.az
Səxavət Əlisoy Arif Hacılını istefaya çağırdı: “Seçkiyə haram qatdığınız üçün...”
Müsavat başqanlığına keçmiş namizəd Səxavət Əlisoy yeni başqan
Arif Hacılını yenə ittiham edib.
Publika.az xəbər verir ki, S. Əlisoy “facebook”
səhifəsində bildirib ki, Arif Hacılıya və onun QHTK-sının sadiq
üzvlərindən olan Gülağa Aslanlıya, Söhrab Məhərrəmliyə, Mustafa
Hacıbəyliyə, Razim Əmiraslanova, Elman Fəttaha, Yusif Tağıya,
Cahangir Əmirxanlıya, İkram İsrafilə və digərlərinə xatırlatma:
Müsavat Partiyasının təməl prinsiplərindən biri də ləyaqətdir:
“Qurultaydan narazı olan müsavatçılar iddia edir ki, əksər
rayonlarda qurultay nümayəndələri sizin tərəfinizdən ciddi
nizamnamə pozğunluğu olmasına baxmayaraq, Arif Hacılıya dəstək üçün
seçilib. Sizə (Arif Hacılıya) sərf etməyən rayonlarda nəticələr ya
ləğv edilib, ya da rayon təşkilatı buraxılıb. ( MNTK-dan Ə.
Talışxanlı və digərləri sabah bu rayonların adını açıqlayacaq).
Tovuz rayonunda konfransda başqan müşaviri iştirak etməsinə
baxmayaraq, konfrans MNTK üzvü və QHTK nümayəndəsi iştirak etmədiyi
üçün etibarsız hesab olunub. Naxçıvan Muxtar Respublikasının 6
rayonunda konfrans keçirilibmi və harada keçirilib, keçirilibsə,
hansı MNTK üzvü və ya QHTK üzvü bu konfranslarda iştirak edib?
Azərbaycanın 16 rayonunda partiyanın konfransı nədən baş tutmayıb?
Arif Hacılı namizədliklə ilgili istefa verdikdən sonra onun
kabineti kimlərin sərəncamında olub? Qurultaya təşkilatı olmayan
rayonlardan Arif Hacılıya dəstək üçün nümayəndələr seçimi təşkil
olunub, ya yox? Qurultay günü QHTK üzvlərinin əksəriyyəti və
partiyanın Arif Hacılının tabeçiliyində olan funksionerləri “İsa
Qəmbərin mövqeyi Arif Hacılıdır” deyə qurultay nümayəndələrinə
xəbərdarlıq etdikləri nə dərəcədə nizamnaməyə uyğun idi? Nədən
Müsavatın yolunda mübarizə aparan fədakar gənclərdən kimsə Məclis
üzvü seçilmədi?”
Daha sonra S. Əlisoy qeyd edib ki, ya üzr istəməli, ya da istefa
verməlidir.
“Əgər bizi, yaxud şəxsən məni bu iddialara görə ittiham
edirsinizsə, şərəfiniz və namusunuz üzrə and için ki, deyilənlərin
heç biri ilə razı deyilik. Əgər içinizdə biri çıxıb desə ki,
qərəzlisən və onu sübut etsə, üzr istəməyə hazıram. Ən azı 7
iddiadan 3-nü qəbul edirsinizsə, Müsavat Partiyasının ləyaqət
prinsipini əsas götürüb ya üzr istəyin, ya da seçkiyə haram
qatdığınız üçün istefa verin. Bu partiyada ya ləyaqət, ya da
ləyaqətsizlik qalmalıdır. Hər ikisinin birlikdə fəaliyyəti əsla
mümkün olan iş deyil”, - deyə o bildirib.
Başqanlığa keçmiş namizəd “ləyaqətli müsavatçılara salam olsun,
ləyaqətsizlərin rəy bildirməsinə ehtiyac yoxdur” deyə əlavə
edib.
Asif Nərimanlı
-
İdman02:43
Messi tanınmış brendi reklam etdi: axtardığımı tapdım - FOTO
-
Sağlamlıq02:19
Gecələr üzə çıxan bu simptoma DİQQƏT EDİN! - Ölümcül ola bilər
-
Qoroskop00:35
Günün qoroskopu: mühüm işə və ciddi danışıqlara başlamayın
-
Kriminal24 May 23:37
9-cu sinif şagirdi 30 yaşlı kişiyə ərə verilir? - DİN-dən açıqlama
-
Magazin124 May 23:13
Ağamirzədən Balaəlinin qalmaqallı fikrinə REAKSİYA
-
Nida Xəbər 24 May 23:00
Paşinyan açıqladı: Bu gündən etibarən....
-
Elm və təhsil24 May 22:00
Bağçalara sənəd qəbulu müvəqqəti dayandırılır - SƏBƏB
-
Magazin124 May 21:20
Bu sual Əməkdar artisti efirdə göz yaşına boğdu - VİDEO