Nida.az
Prezident qəbul keçirdi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 1-də İSESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycrini qəbul edib.
Görüşdə Azərbaycan ilə İSESCO arasında uzun illər davam edən
səmərəli əməkdaşlığın uğurla inkişaf etdiyi məmnunluqla qeyd
olundu, əlaqələrimizin bundan sonra daha da inkişaf etdiriləcəyinə
əminlik bildirildi. Söhbət zamanı Bakı Beynəlxalq Humanitar
Forumunun əhəmiyyətindən danışıldı, xalqlararası əlaqələrin və
mədəniyyətlərarası dialoqun möhkəmləndirilməsi baxımından Forumun
önəmi vurğulandı.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 1-də İtaliyanın keçmiş Baş naziri, Tədqiqat və Qanunvericilik Agentliyinin baş katibi Enriko Lettanı qəbul edib.
Azərbaycan Prezidenti İlham Əliyevin İtaliyaya uğurlu səfərini
maraqla izlədiyini deyən Enriko Letta ölkəmizin İtaliyada həyata
keçirdiyi humanitar layihələrin əhəmiyyətini vurğuladı.
Dövlətimizin başçısı İtaliyaya səfərini və keçirdiyi görüşləri
məmnunluqla xatırladı. Prezident İlham Əliyev səfər zamanı
ölkələrimiz arasında qəbul olunan strateji tərəfdaşlıq haqqında
birgə Bəyannamənin önəmini vurğuladı.
Görüşdə Bakıda keçiriləcək Beynəlxalq Humanitar Forumun
əhəmiyyətindən danışıldı, ölkələrarası əməkdaşlıq əlaqələrinin
möhkəmləndirilməsində Forumun önəmi qeyd olundu, qarşılıqlı maraq
doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
Prezident İlham Əliyev oktyabrın 1-də Estoniyanın keçmiş Prezidenti
Arnold Rüüteli də qəbul edib.
Dövlətimizin başçısı Bakıda keçiriləcək Beynəlxalq Humanitar
Forumun yaxşı ənənə halı aldığını və tədbirə marağın ildən-ilə
artdığını qeyd etdi. Prezident İlham Əliyev bu il Forumda dünyanın
60 ölkəsindən dövlət xadimlərindən və alimlərdən ibarət çoxlu
nümayəndə heyətinin iştirak edəcəyini vurğulayaraq Bakı Humanitar
Forumunun artıq mühüm beynəlxalq hadisəyə çevrildiyini dedi.
Bakı Beynəlxalq Humanitar Forumuna dəvətə görə minnətdarlığını
bildirən Estoniyanın keçmiş Prezidenti Arnold Rüütel tədbirin
dünyanın müxtəlif ölkələrinin və xalqlarının geniş dairəsini əhatə
etməsinin önəmini vurğuladı. Prezident İlham Əliyevin rəhbərliyi
ilə Forumun hər il yüksək səviyyədə təşkil olunmasından
məmnunluğunu ifadə edən qonaq tədbirin mühüm əhəmiyyət daşıdığını
dedi.
-
Nida Xəbər 17:05
TƏCİLİ: Azərbaycanda vəzifəli şəxslər cinayət başında yaxalandılar - FOTO
-
Sosial16:38
Azərbaycanda ardıcıl 5 gün iş olmayacaq - RƏSMİ
-
Cənubi Qafqaz16:21
Ermənistan qoşunlarını Göyçə gölünün ətrafından çıxarır
-
Sosial15:46
Bakıda kirayəçi yaşadığı evi mənimsədi - VİDEO
-
Rəsmi xronika15:15
Prezident bu qanuna dəyişiklik etdi
-
Hadisə15:00
Kəlbəcərdə dəhşətli hadisə: ölən var
-
Pul14:40
Bu qərar mayın 2-dən qüvvəyə minir: Kredit faizləri azalacaq?
-
ABŞ14:05
ABŞ-dan gözlənilməz açıqlama: Rusiya ilə müharibə...