Nida.az
Müsavatda Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı olacaq - Özəl

Müsavat başqanının keçmiş müavini Gülağa Aslanlı Mərkəzi İcra Aparatının rəhbəri təyin olunacaq.
Publika.az-a partiya fəallarının birinin verdiyi
məlumata görə, yeni başqan Arif Hacılı yaxın günlərdə bu təyinatla
bağlı sərəncam verəcək.
Məlumata görə, bu məsələ əvvəldən razılaşdırılıb. Belə ki, G. Aslanlı sərbəst Məclis üzvlüyünə namizədliyini geri götürərək qurultayda seçki komissiyasının üzvü oldu.
Arif Hacılının müavin təyinatı ilə bağlı verdiyi sərəncamda onun
adı yox idi. Mənbə iddia edir ki, G. Aslanlı Arif Hacılının boş
qalmış yerini dolduracaq.
“Gülağa Aslanlı əvvəldən Arif bəyi dəstəkləyirdi, onun seçki
kampaniyasında əsas adam idi. Əvvəldən razılıq var idi ki, Arif
Hacılı başqan olacaqsa, partiyada ikinci əsas vəzifə hesab olunan
icra aparatının rəhbərliyinə o gətiriləcək. Yaxın günlərdə bununla
bağlı sərəncam veriləcəyi gözlənilir”, - deyə mənbə vurğulayıb.
Qeyd edək ki, Mərkəzi İcra Aparatına başqanlıqdan getmiş İsa
Qəmbərin gələ biləcəyi ehtimal olunurdu. Lakin Arif Hacılı
Publika.az-a müsahibəsində bunu istisna edərək bildirdi ki, İ.
Qəmbər heç bir vəzifə daşımaq niyyətində deyil.
Asif

-
Qoroskop00:00
Günün ULDUZ FALI - Göy bizə bir açar verəcək
-
Region12 İyul 23:36
Xameneinin nümayəndəsi faciəvi şəkildə ÖLDÜ
-
Magazin212 İyul 21:36
Dua Lipadan cəsarətli poza - FOTO
-
Magazin212 İyul 21:00
Acunun görün nə qədər borcu var - Ödəməkdə çətinlik çəkir
-
Səhiyyə12 İyul 20:12
Onun mədəsindən 27 alışqan çıxarıldı - UNİKAL ƏMƏLİYYAT
-
Magazin112 İyul 19:36
Tanınmış tiktoker qaydaları yenidən pozdu - VİDEO
-
İdman12 İyul 18:15
Neymar 1,5 milyon dollara bu avtomobili aldı
-
Dünya12 İyul 16:30
Ərdoğan danışdı, xanımı ağladı - VİDEO