Nida.az
İsa Qəmbər Qubad İbadoğludan nə xahiş edib? - Gizli görüş
Müsavatın keçmiş başqanı, faktiki lider hesab olunan İsa Qəmbər Qubad İbadoğludan susmağı xahiş edib.
Publika.az-ın partiya fəallarından əldə etdiyi
məlumata görə, İ. Qəmbər bir neçə gün öncə Qubad İbadoğlu ilə
görüşüb. Görüşün məqsədi ikincinin seçkinin nəticələri haqqında
səsləndirdiyi fikirlər və partiyanın parçalanma qorxudur.
Mənbə bildirir ki, İ. Qəmbər İbadoğluya susmağı və tərəfdarlarını
sakitləşdirməyi xahiş edib. Məlumata görə, hər iki şəxs seçkinin
nəticələrinin ləğv edilməsi və növbədənkənar qurultayın keçirilməsi
məsələsini də müzakirə edib. Bu istəyi səsləndirən İbadoğluna İsa
Qəmbər hələlik məsləhət olmadığını deyib. Lakin gələcəkdə Qubad
İbadoğlunun yolunun açılması sözü də verilib.
Mənbə bildirir ki, Q. İbadoğlunun oktyabrın 6-na təyin etdiyi
tərəfdarları ilə görüşdə müsavat üçün olduqca neqativ proseslər baş
verəcəkdi. Bununla bağlı İsa Qəmbərə də əvvəlcədən xəbərdarlıq
edilmişdi. Lakin İ. Qəmbər bunun qarşısını alıb və bir qədər
gözləməyi tövsiyə edib.
Q. İbadoğluya isə toplantını təxirə salmamağı, sadəcə olaraq,
tərəfdarları ilə fikir mübadiləsi aparıb partiyanın bütünlüyünü
qorumaq üçün razılığa gəlməyi məsləhət görüb.
Qeyd edək ki, Q. İbadoğlunun bu gün müsavatçılara etdiyi müraciət
də bu baxımdan diqqət çəkir.
“Əziz müsavatçı bacı və qardaşlarım! Son vaxtlar ayrı-ayrı
müstəvilərdə, xüsusən sosial şəbəkələrdə müsavatçılar arasında
qarşılıqlı ittiham üzərində qurulan müzakirələri zərərli hesab
etdiyimdən Müqəddəs Qurban Bayramı öncəsi Sizə səslənirəm. Birlik
və bərabərlik bayramı hesab olunan bu əziz günlərdə hər bir
müsavatçı partiyadaşımdan böyük anlayış, qarşılıqlı hörmət və
siyasi dözümlülük gözləyirəm.
Son nəticədə Müsavat üçün zərərli olan bu müzakirələri
dayandırmağın bu əziz gündə edəcəyimiz ən böyük savablardan biri
kimi taleyimizə yazılacağına inanıram”, - deyə İbadoğlu
müraciətində bildirib.
Ekspertlər Q. İbadoğlunun müsavatı parçalamaq gücündə olduğunu
düşünür. Hansı ki, seçkidən sonra “Seçki ədalətli olmadı, mən Arif
Hacılıya deyil, Müsavat rəhbərliyinə məğlub oldum” deməsi onun
gələcək addımlarından xəbər verirdi. Onun arxasındakı əsas
güclərdən olan Vurğun Əyyubun da seçkinin legitimliyini tanımaması,
növbədənkənar qurultay anonsu verməsi də bu istiqamətində gedən
proseslərdir.
ADP sədri Sərdar Cəlaloğlu Publika.az-a açıqlamasında (http://publika.az/p/44881) Müsavat
üçün yaxşı olmayan gələcək proqnozu verdi. Onun fikrincə, “Müsavat
parçalanacaq, Qubad İbadoğlu onu dəstəkləyən intellektual kəsimlə
yeni partiya yarada bilər”.
Görünür, İsa Qəmbər təhlükəni hiss edib və dövriyyəyə girməyin
vaxtı olduğunu anlayıb.
Asif Nərimanlı
-
Magazin109:00
Əməkdar artistin nəvəsi ilə MARAQLI VİDEOSU
-
ABŞ08:12
1 dollara satılan Panama kanalı - Tramp onu GERİ QAYTARACAQ
-
Magazin105:45
Bu da Röya Ayxanın "Qızı" - VİDEO
-
Magazin201:41
Məşhur müğənnidən büstqaltersiz dərin dekolteli FOTOLAR
-
Hadisə00:30
Azərbaycanda toy evində KÜTLƏVİ DAVA - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Bu səhvi etsəniz, sevgilinizlə münasibətiniz çətinləşəcək
-
Magazin221 Dekabr 23:12
İş adamı Dubayda görün kiminlə ailə qurdu - FOTO
-
Sosial21 Dekabr 22:00
Sumqayıtlı gəncə yüksək VƏZİFƏ VERİLDİ