Fuad Muradov ölkədən getdi
Bizi izləyin

Nida.az

Fuad Muradov ölkədən getdi

Milli Məclisin deputatı, Avronest PA-nın Enerji Təhlükəsizliyi Komitəsinin həmsədri Fuad Muradov “Korrupsiya ilə Mübarizə aparan dövlətlər Qrupu”- GRECO-nun növbəti 65-ci plenar iclasında iştirak etmək üçün Fransanın Strasburq şəhərinə səfərə gedib.

Publika.az-ın məlumatına görə, oktyabrın 6-dan öz işinə başlayan bu iclas oktyabrın 10-na qədər davam edəcək.

Xatırladaq ki, GRECO Avropa Şurası tərəfindən 1999-cu ildə yaradılıb. Təşkilatın məqsədi Avropa Şurasına üzv ölkələrə korrupsiya ilə mübarizə sahəsində hüquqi yardım göstərməkdir.

GRECO üzv dövlətlərin milli antikorrupsiya siyasətini izələyərək bununla bağlı ölkələrin qanunvericiliyinə zəruri təkliflərini göndərir. Bu qurum 49 dövlətdən təşkil olunub.

Azərbaycan 2004-cü ildən GRECO-nun üzvüdür.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm