“Müsavatın olmayan pulunu saymaq...” – Qubad İbadoğluya rişxənd
Bizi izləyin

Nida.az

“Müsavatın olmayan pulunu saymaq...” – Qubad İbadoğluya rişxənd

Müsavat Partiyası Məclis üzvü Ayla Yaqublu başqanlığa keçmiş namizəd, yeni başqan Arif Hacılını qatı şəkildə qəbul etməyən Qubad İbadoğlunun təkliflərini tənqid edib.


Publika.az xəbər verir ki, A. Yaqublu bildirib ki, meydanlara yeni insan kütlələri, partiyaya isə yeni maliyyə qaynaqları cəlb etmək barədə təkliflərə ehtiyac varkən, hətta sıravi müsavatçıların da, yəni alim olmayan, yaza biləcəyi bu mətnlə “yenilikçi lider” deyə ortaya çıxmağa dəyməzdi.


“Qubad İbadoğlu hesab edir ki, Müsavat Partiyası 5 il əvvəl partiyadaxili disskusiyalara başlayıb: öz üzvlərinin neçəsinin kişi, neçəsinin qadın olduğunu bilsəydi; neçə cavan, neçə yaşlı üzvü olduğunu saysaydı; - üzvlərinin fəhlə-kəndli və ziyalı-burjua siniflərinə mənsubiyyət nisbətini dəqiqləşdirsəydi; strateji plan hazırlasaydı; “Müsavat irsi” ideoloji məktəbini yaratsaydı; Məclisdə komissiyalar yaradıb bu qurum üçün 1 illik iş planı tutsaydı; icra aparatı ildə bir dəfə Məclisə hesabat versəydi; partiyanın pulu haqqında rüblük, illik hesabatlar hazırlansaydı; partiya xarici TV-lərin birində özünə efir vaxtı alsaydı.

Bu təkliflərə ən obyektiv nəzərlərlə baxıb pozitiv olmaq cəhdlərimə rəğmən, təəssüflə qeyd etməliyəm ki, onların hər hansı birində ciddi dəyişikliklərə səbəb olacaq elementlər tapa bilmədim. Hakimiyyətə qarşı mübarizəni (bunu da təəssüflə qeyd edim ki, orda belə bir ifadəyə rast gəlmədim) keyfiyyət baxımından yüksəltmək haqda real təkliflər əvəzinə strateji plan, təkmilləşdirmə, rüblük-illik hesabatlar kimi ən ümumi ifadələrdən və Müsavatın olmayan pulunu saymaq ideyasından ibarət təkliflərdə “müxalifəti və hakimiyyəti dəyişəcək” bir şey yoxdur. Meydanlara yeni insan kütlələri, partiyaya isə yeni maliyyə qaynaqları cəlb etmək barədə təkliflərə ehtiyac varkən hətta sıravi müsavatçıların da, yəni alim olmayan, yaza biləcəyi bu mətnlə “yenilikçi lider” deyə ortaya çıxmağa dəyməzdi. İqtidarın qarşısına bir partiyanın qərargahındakı bir “Müsavat irsi” məktəbi ilə çıxmaq, nə siyasətdən, nə də iqtisadiyyatdandı, vallah”, - deyə müsavatçı xanım bildirib.


Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm