Nida.az
Prezidentlərin Paris görüşünün vaxtı açıqlandı

Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan prezidenti Serj Sərkisyan oktyabrın 27-i Parisdə görüşəcəklər.
Publika.az xəbər verir ki, bu barədə Fransanın
Ermənistandakı səfiri Anri Reno yerli mediaya açıqlamasında
deyib.
Onun sözlərinə görə, Fransa Dağlıq Qarabağ münaqişəsində uzun
müddətli sülhə nail olmağa çalışır.
“Fransa prezidenti Fransua Olland Azərbaycan və Ermənistan
prezidentlərinə Parisdə görüşməyi təklif etdi. Məqsəd münaqişədə
sülh yolunun tapılması və hərbi qulluqçu və mülki vətəndaşların
həlak olmamasıdır. Digər tərəfdən, Fransa üç əsas prinsipə
– ərazi bütövlüyü, öz müqəddəratını təyin
etmə və güc tətbiq etməmək – əsaslanaraq
danışıqlar prosesinə yeni stimul vermək istəyir”, – deyə Fransa səfiri qeyd edib.
A. Reno bildirib ki, Paris görüşündə ATƏT-in Minsk qrupunun üç
həmsədri də iştirak edəcək: “Tərəflər bu münaqişədə özləri razılığa
gəlməlidir. Vasitəçilərsə, sadəcə, kömək edir, amma onların yerinə
qərar qəbul edə bilmirlər. vasitəçilərin rolu bundan
ibarətdir”.
Asif Nərimanlı

-
Elm və təhsil00:15
Məşhur olimpiada SAXTA ÇIXDI - VİDEO
-
Magazin100:00
“Özümü 60 yaşlarımda da belə saxlayacağam” - FOTO
-
Hadisə22 İyun 23:36
Qubada ağır qəzada ölən bacıların kimliyi məlum oldu - FOTO/YENİLƏNDİ
-
İKT22 İyun 23:12
Onlayn alış-veriş edənlərə XƏBƏRDARLIQ: dələduzluq halları artır - VİDEO
-
Region22 İyun 22:24
İsrail ordusu SEPAH-ın raket zavodunu belə vurdu - ANBAAN VİDEO
-
Səhiyyə22 İyun 22:00
Döş xərçəngi ilə bağlı İNQİLABİ KƏŞF - 68 ay əvvəl aşkarlana bilər
-
Sosial22 İyun 21:00
Sevil Əliyevanın oğlu bu məşhurların nəvəsi ilə ailə qurub - FOTO/YENİLƏNDİ
-
Dünya22 İyun 20:36
Üç nüvə dövləti ABŞ-a qarşı - Fövqəladə iclas çağırıldı