Əhməd Obalı plagiatlığına görə təhqir olundu
Bizi izləyin

Nida.az

Əhməd Obalı plagiatlığına görə təhqir olundu

Güney Azərbaycan Parlamentinin yaradılması ilə bağlı müraciətə görə Əhməd Obalını təhdid edən millət vəkilinin adı bəlli olub.

Axar.az-ın əldə etdiyi məlumata görə, Əhməd Obalının adını çəkmədiyi, “partiya lideri və millət vəkili” olaraq xarakterizə etdiyi şəxs İqbal Ağazadədir.

Mənbə İqbal Ağazadənin Cənubi Azərbaycandan olan fəal, Günaz TV-nin rəhbəri Əhməd Obalını onların ideya və təşəbbüsünü oğurlamaqda, həmçinin gördükləri işi pozmaq cəhdində günahlandırıb. Belə ki, bir müddət öncə Dünya Azərbaycanlıları Konqresinin qurultayında Sabir Rüstəmxanlı Güney Azərbaycan təşkilatlarının mühacirətdə parlamentinin yaradılmasını təklif edib. Təklifin reallaşdırılması istiqamətində ilk addımları isə İqbal Ağazadə atıb. Belə ki, İqbal bəy təxminən 45 nəfər fəalın iştirakı ilə sürgündə Güney Azərbaycan Parlamentinin yaradıldığını bəyan edib.

Bu gün isə Əhməd Obalının belə bir parlamentin yaradılması təşəbbüsü ilə müraciət ünvanlaması və artıq mövcud olan bir quruma faktiki olaraq alternativ yaratmaq cəhdi, başqa sözlə, prosesi pozmaq istəyi İqbal Ağazadənin ona əsəbi şəkildə telefon açmasına səbəb olub.

Qeyd edək ki, bu gün Günaz TV rəhbəri, ABŞ-da yaşayan Güney Azərbaycandan olan fəal Əhməd Obalı sürgündə Güney Azərbaycan Parlamentinin yaradılması ilə bağlı müraciət yayımlayıb. Müraciətdə bildirilir ki, 15 mart 2014-cü ildə Danimarkanın paytaxtı Kopenhagen şəhərində bir qrup Güney Azərbaycan fəalı sürgündə Güney Azərbaycan parlamentinin yaradılması ilə bağlı təşəbbüs irəli sürüb. Bu işin aparılması üçün 9 nəfərdən ibarət Təşəbbüs Qrupu yaradılıb. Qərara alınıb ki, qısa müddət ərzində hazırlıq işlər görülsün və Parlamentin yaradılması ilə bağlı ümumi çağırış elan olunsun".

Bu müraciətin yayılmasından sonra Əhməd Obalı ona Azərbaycandan “bir partiya lideri və millət vəkilinin” zəng edərək, bu təşəbbüsə görə onu təhdid etməsi ilə bağlı açıqlama verib. Xatırladaq ki, Ə.Obalı bu təhdidin artıq Güney Azərbaycan Parlamentinin faktiki fəaliyyətdə olması səbəbindən gəldiyini açıqlamadığı kimi, "təhdid edənin" kimliyinə də aydınlıq gətirməyib.

Millət vəkili İqbal Ağazadə isə bu məsələ barədə danışmaq istəmədi: "Bu tip qeyri-ciddi suallara cavab verə bilmərəm".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm