Nida.az
Cəmil Həsənli mitinqdə İsa Qəmbərə niyə salam vermədi? - Sərt ittihamlar
Milli Şuranın 12 oktyabr mitinqində diqqət çəkən əsas məqamlardan biri İsa Qəmbər daxil olmaqla Müsavat rəhbərliyinə tribuna verilməməsi, onların iştirakçılar arasında olması idi.
Qeyd edək ki, Müsavat Məclisi oktyabrın 11-də keçirdiyi iclasında
mitinqdə iştirak qərarını verdi. Lakin həmin iclasda çıxış edən
Gülağa Aslanlı bildirdi ki, oktyabrın 11-də sonuncu dəfə Milli
Şuranın sədri Cəmil Həsənli ilə danışıb və məlum olub ki, Milli
Şura Müsavatın mitinqdə iştirakını istəmir: “Cəmil Həsənli bildirdi
ki, Milli Şuranın təyin etdiyi mitinqdə Müsavat Partiyasının
iştirakı haqqında qərar gecikdiyinə görə, biz Koordinasiya
Şurasının ayın 10-da iclasını keçirmişik. Qərara almışıq ki, mitinq
zamanı tribunada yalnız MŞ-nin Koordinasiya Şurasının üzvləri
duracaqlar və mitinqdə çıxış edənlərin də siyahısı hazırlanıb.
Həmin siyahıda da Müsavat Partiyasına yer ayrılmayıb. Mən də Cəmil
bəyə bir daha bildirdim ki, biz Müsavat Məclisinin oktyabrın 11-də
keçirilən iclasında mitinqlə bağlı müzakirə aparıb qərar
verəcəyik”.
Yəni Müsavata söz verilməyəcəyi əvvəlcədən bəlli idi. Lakin
müsavatçıların əsas narazılığı söz verilməməsi bir yana, Milli Şura
rəhbərliyinin, xüsusilə Cəmil Həsənlinin İsa Qəmbər, yeni başqan
Arif Hacılı və digər müsavatçı funksionerlərə salam belə
verməməsidir. Sosial şəbəkələrdə əsas müzakirə mövzusu budur.
Kimisi Milli Şuranı qınayır, kimisə də Müsavatı.
Məsələ ilə bağlı Publika.az-a danışan Müsavat
funksioneri, Arif Hacılının qardaşı Mustafa Hacıbəyli AXCP-ni
ittiham edib. Onun sözlərinə görə, Müsavatın Cəmil Həsənlidən
narazılığı yoxdur: “Cəmil Həsənlinin Müsavata xoş münasibətinə
şübhəmiz yoxdur. Bu, həmişə özünü büruzə verib. Vicdan
məhbuslarının hüquqlarına aid mitinqi də təqdir edirik. Lakin
mitinqdə Müsavat rəhbərliyinə söz verilməməsi, tribunaya dəvət
edilməməsi təşəbbüsünün Cəmil Həsənli tərəfindən gəlmədiyini də
bilirik. Bu təşəbbüs AXCP-dən gəlib. AXCP həmişə Müsavata rəqib
gözü ilə baxıb. Elə bu münasibəti qəbul etmədiyimiz üçün də Milli
Şuradan ayrılmışıq. Amma bütün hallarda Müsavat öz borcunu yerinə
yetirərək məhbuslarla bağlı mitinqdə layiqincə iştirak etdi”.
Başqanlığa keçmiş namizəd Səxavət Əlisoy isə Publika.az-a
açıqlamasında bu məsələnin onu maraqlandırmadığını deyib.
“Cəmil Həsənlinin, yaxud Əli Kərimlinin İsa Qəmbərə salam verib-verməməsi mənim üçün maraqlı deyil. Bu barədə özləri danışmalıdır”, - deyə o bildirib.
Milli Şura sədri Cəmil Həsənli isə məsələ ilə bağlı heç bir
açıqlama vermək istəmədiyini bildirib.
Asif Nərimanlı
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?
-
Sosial03:13
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
-
Dünya02:12
Qadınlar SİLAHA SARILDILAR: əxlaqsızlığı təşviq edən festival LƏĞV EDİLDİ
-
Magazin100:45
Könül Kərimova estetik əməliyyat etdirdi - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: qarşıdurmalar ola bilər
-
Sosial25 Aprel 23:48
Bakıda ayıq sürücü müştərinin "Land Rover”indən oğurluq etdi