Nida.az
“İndiki Müsavata qaragüruhçular lazımdır”- Şok açıqlama

“Əhliman Abbas və onunla birlikdə istefa verən gənclər hazırkı Müsavat Partiyasına lazım deyil. Çünki hazırkı partiya hay-küyçü, qaragüruhçu insanlara daha çox üstünlük verir”.
Bu barədə Publika.az-a açıqlamasında Müsavat
başqanlığına keçmiş namizəd Səxavət Əlisoy MGT-nin sədri Ə.
Abbasın, eləcə də digər gənclərin istefasına münasibət bildirərkən
deyib.
S. Əlisoy istefa verən gəncləri yaxşı anladığını deyib. Bildirib ki, o gənclər üçün başqa seçim imkanı buraxmırlar: “Gedənlərin də arxasınca min cür fikirlər səsləndirirlər. Hansı ki, bu gənclər onların arxasınca danışanlara səmimi şəkildə inanıb bu partiyaya üz tutublar. Mübarizəyə ürəklə qoşulublar. Amma vəziyyət elə gətirdi ki, hər kəsin iç üzü ortaya çıxdı və partiyada dözülməz vəziyyət yarandı. Biz illərdir siyasətin içindəyik və bəzi şeylər bizim üçün adi gəlir, çünki zaman-zaman belə şeylərlə rastlaşmışıq. Amma bu gənclər siyasətə, mübarizəyə yeni qatılıblar və hansısa qeyri-səmimi davranış onlara pis təsir edir. Mən Əhliman Abbasın istefa səbəblərinə haqq qazandırıram”.
S. Əlisoy Arif Hacılını da tənqid edib. Bildirib ki, yeni başqan
partiya üçün böyük başağırısı və itki oldu.
“Mən onu istefaya çağırmışdım və bu çağırış hələ də gündəmdə qalır.
Amma inanmıram ki, Arif Hacılı və onun qrupu əllərindəkini
buraxsınlar”, - deyə S. Əlisoy bildirib.
Asif

-
Avropa13:08
Tarixdə ilk: Britaniya kəşfiyyatına gürcü qadın rəhbərlik edəcək
-
Sosial11:58
Ekspert üsyan etdi: Bu sistem gənclərə hansı dəyərləri ötürüb?
-
Region10:50
Pezeşkian Azərbaycana müraciət etdi: İsraili dayandırın
-
Yaxın Şərq10:36
İsrailin hücumuna görə bu ölkə günahkardır - Pezeşkian adını açıqladı
-
Region09:12
İsrail SEPAH-ın Qüds Qanadının komanda məntəqələrini vurdu - VİDEO
-
Magazin108:36
Bakıdakı konsertdən FOTOLAR
-
Magazin106:16
Nüşabə nəvəsini dollar yağışına tutdu - VİDEO
-
Region03:43
İranın nüvə obyektində zəlzələ baş verdi