Nida.az
Milli Şuradan istefa: Sabir Rüstəmxanlını da tərk edəcək

Vətəndaş Həmrəyliyi Partiyası Siyasi Şurasının üzvü, VHP sədrinin müavini Arif İsmayılbəyli Milli Şuradan istefa verdiyini açıqlayıb.
Publika.az xəbər verir ki, Arif İsmayılbəyli
“facebook” səhifəsində bu barədə məlumat verib. O, partiyadan
getməsini və siyasi fəaliyyətə xitam verəcəyini də istisna etməyib:
“Səhhətimdə bir müddət əvvəl yaranmış problemlərin ard-arda
kəskinləşməsi fəal iş rejimində çalışmağıma, siyasi fəaliyyət
göstərməyimə çox vaxt maneçilik törədir. Bu proseslər bəzən mənim
üçün diskomfort şəraitin yaranmasına gətirib çıxarır. Bu gündən
hal-hazıra qədər özümün şəxsi razılığımla üzvü olduğum Milli Şura
üzvlüyündən azad olunmağı məqsədəuyğun sayıram. Onsuz da bu qurumun
axır vaxtlarda keçirdikləri heç bir tədbirə qatıla bilmirdim. Üzvü
olduğum və rəhbərliyində təmsil olunduğum VHP-də (həm Siyasi Şura
üzvü, həm sədr müavini) təmsilçiliyimə isə çox güman ki, yaxın
zamanlarda aydınlıq gətirəcəyəm. Məni aydın başa düşəcək əqidə
dostlarımın hamısına qabaqcadan minnətdarlığımı bildirirəm”.
Qeyd edək ki, Arif İsmayılbəyli 2003-cü ildən siyasi fəaliyyətini
Sabir Rüstəmxanlının sədri olduğu Vətəndaş Həmrəyliyi Partiyasında
davam etdirir.
VHP Məclisinin sədri, Milli Şura üzvü Rafiq Manaflı Publika.az-a
açıqlamasında Arif İsmayılbəylinin istefasına belə münasibət
bildirib: “VHP Milli Şurada fərdi qaydada təmsil olunur. Buna görə
də hər kəs qurumdakı fəaliyyətindən özü məsuliyyət daşıyır. Arif
bəylə uzun illər bir yerdə mübarizə aparmışıq, onun necə insan
olduğunu da bilirik. Onun getməsindən sadəcə təəssüflənirik”.
VHP rəsmisi A. İsmayılbəylinin partiyadan getmək istəyini də
anlayışla qarşıladıqlarını deyib. Lakin bacardıqları qədər bunun
qarşısını alacaqlarını açıqlayıb.
Asif

-
Avropa13:08
Tarixdə ilk: Britaniya kəşfiyyatına gürcü qadın rəhbərlik edəcək
-
Sosial11:58
Ekspert üsyan etdi: Bu sistem gənclərə hansı dəyərləri ötürüb?
-
Region10:50
Pezeşkian Azərbaycana müraciət etdi: İsraili dayandırın
-
Yaxın Şərq10:36
İsrailin hücumuna görə bu ölkə günahkardır - Pezeşkian adını açıqladı
-
Region09:12
İsrail SEPAH-ın Qüds Qanadının komanda məntəqələrini vurdu - VİDEO
-
Magazin108:36
Bakıdakı konsertdən FOTOLAR
-
Magazin106:16
Nüşabə nəvəsini dollar yağışına tutdu - VİDEO
-
Region03:43
İranın nüvə obyektində zəlzələ baş verdi