Nida.az
Müsavatdan kütləvi istefa: Tovuz rayonunda yeni təşkilat qurulur- Açıqlama
Müsavatda partiyasının Tovuz rayon təşkilatı tam tərkibdə istefa verib.
Publika.az xəbər verir ki, təşkilatın istefa
bəyanatında səbəb kimi etinasızlıq göstərilib: “Qurultay ərəfəsində
və sonra baş verənlər demokratik prinsipləri tapdalayanlarla
birlikdə mübarizə aparmaq imkanlarını tükədir”.
Təşkilatın sədr müavini Əsəd Məmmədli Publika.az-a
açıqlamasında tam tərkibdə istefanın Arif Hacılıya etiraz əlaməti
olduğunu deyib. Bildirib ki, Müsavatda baş verənlərlə razılaşa
bilmirlər.
“Məqsədin ölkədə demokratiya qurmaq olduğunu bəyan edirlər, amma
partiya daxilində ədalət prinsipi pozulur. Bunu necə izah etmək
olar? Baş verənlərdən sonra istefa vermək qərarına gəldik”, - deyə
o bildirib.
Ə. Məmmədli istefa verənlərin sonrakı fəaliyyəti haqqında danışıb.
Bildirib ki, hər kəs şəxsi müstəqil qərarına görə hərəkət edə
bilər.
Müsavatın təşkilat şöbəsinin müdiri Razim Əmiraslanov
Publika.az-a açıqlamasında bunu təəssüflə qarşıladıqlarını deyib.
Onun sözlərinə görə, Tovuz rayon təşkilatının istefa bəyanatı ilə
partiya rəhbərliyi tanış olub: “Müsavat Partiyasına qəbul fərdidir.
Rayon təşkilatının rəhbərliyinə daxil olan bəzi şəxslər partiyanı
tərk edib. Lakin Tovuz rayon təşkilatında Müsavat partiyasının
ümumi ideoloji xəttini dəstəkləyən müsavatçılar var. Biz onlarla
əlaqə saxlamışıq və yaxın zamanlarda Tovuz rayon təşkilatının
fəaliyyəti bərpa olunacaq”.
Asif Nərimanlı
-
İdman20:45
Azərbaycan - Slovakiya oyununda ikinci qol - CANLI/YENİLƏNDİ
-
Ekologiya20:15
Geomaqnit qasırğası olacaq - Bu tarixlərdə
-
Nəqliyyat19:30
Naxçıvana bu avtomobillərin girişi məhdudlaşdırıldı - VİDEO
-
Avropa18:00
Orban Trampı razı salmaq üçün Ukraynanı görün nə ilə hədələdi
-
Region17:10
Paşinyan və Tokayev görün nəyi müzakirə edib
-
Rəsmi xronika15:24
Prezident fərman imzaladı
-
Hadisə14:50
Bakının məşhur restoranında ofisiantlar müğənnini bıçaqladı - TƏFƏRRÜAT
-
Yaxın Şərq13:58
"Hizbullah" hədəfi dəyişdi: 1500 erməni bombardman edildi