Nida.az
İşğal olunmuş torpaqlarla bağlı qanun qəbul edilməsi təklif olunur

Dağlıq Qarabağ regionunda və digər ərazilərdə zorakı məskunlaşdırma və digər qanunsuz fəaliyyət haqqında ayrı-ayrı ölkələrin parlamentarilərinə məktub göndərilməsi təklif edilib.
Publika.az xəbər verir ki, bu təkliflə Milli Məclisin bu gün
keçirilən plenar iclasında deputat Musa Qasımlı çıxış edib.
“Biz bu payız sessiyası dövründə Ermənistanın Azərbaycana qarşı
təcavüzünün nəticələri, işğal edilmiş Dağlıq Qarabağ regionunda və
digər ərazilərdə zorakı məskunlaşdırma və digər qanunsuz fəaliyyət
haqqında həm beynəlxalq parlament təşkilatlarına, həm də ayrı-ayrı
ölkələrinin parlamentləri ilə dostluq qruplarının üzvlərinə fərdi
olaraq məktublar göndərək və xahiş edək ki, onlar bu məsələni öz
parlamentlərində qaldırsınlar. Ermənilər 2015-ci ildə tarixdə heç
zaman olmayan qondarma “soyqrımı”n 100 illiyini qeyd etməyə
hazırlaşır. Biz də bundan istifadə edərək öz həqiqətlərimizi dünya
ictimaiyyətinə çatdırmalıyıq. Fikrimcə, 2015-ci ildə Xocalı
soyqırımı ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə
çatdırılmasında Milli Məclis daha yüksək fəallıq göstərə bilər.
Bunun bizə böyük faydası olar”, -deyə deputat bildirib.
Deputat Qənirə Paşayeva isə çıxışında işğal olunmuş Azərbaycan
əraziləri ilə bağlı qanunun qəbul edilməsini təklif edib.
Millət vəkili belə bir qanun layihəsinin başqa ölkələrdə də qəbul edildiyini xatırladıb.
Q. Paşayeva qanunda Azərbaycanın işğal edilmiş ərazilərinə səfər edən şəxslərin, şirkətlərin nümayəndələrinin, deputatların Azərbaycana səfərinə qadağa qoyulmasının əksini tapmalı olduğunu qeyd edib.
Asif

-
Qoroskop00:00
Günün ULDUZ FALI - Göy bizə bir açar verəcək
-
Region12 İyul 23:36
Xameneinin nümayəndəsi faciəvi şəkildə ÖLDÜ
-
Magazin212 İyul 21:36
Dua Lipadan cəsarətli poza - FOTO
-
Magazin212 İyul 21:00
Acunun görün nə qədər borcu var - Ödəməkdə çətinlik çəkir
-
Səhiyyə12 İyul 20:12
Onun mədəsindən 27 alışqan çıxarıldı - UNİKAL ƏMƏLİYYAT
-
Magazin112 İyul 19:36
Tanınmış tiktoker qaydaları yenidən pozdu - VİDEO
-
İdman12 İyul 18:15
Neymar 1,5 milyon dollara bu avtomobili aldı
-
Dünya12 İyul 16:30
Ərdoğan danışdı, xanımı ağladı - VİDEO