Nida.az
Bakının enerji layihələri təhlükədə - Vaşinqtonla Kremlin Xəzərin dibindəki savaşı
Transxəzər boru kəmərinin çəkilişi məsələsi yenidən gündəmdədir. Bu dəfə Moskva öz narahatçılığını ortaya qoyur.
Publika.az xəbər verir ki, Rusiya xarici işlər naziri Sergey Lavrov
bildirib ki, Xəzərdə boru kəmərlərinin inşa edilməsi məsələsinə
kənar qüvvələrin müdaxilə cəhdləri görünür.
“Beş Xəzər dövləti bu məsələni yalnız özləri həll edə bilər, hansı
şərtlərdə, hansı formada Transxəzər boru kəmərlərini çəkmək,
həmçinin burada ekoloji təmizliyi gözləmək qərarı bizim, yəni 5
Xəzər dövlətinin haqqımızdır. Xəzərdə ekoloji təhlükəsizlik
haqqında konvensiya var, həmçinin, Xəzərin bioresurslarının
qorunması haqqında sənəd qəbul edilib. Regionda çox kövrək ətraf
mühit var və bunu düşünmək lazımdır. Hansısa layihənin reallaşması
üçün Xəzərin beş ölkəsinin razılığı lazımdır. Halbuki bu gün kənar
müdaxilələrə cəhdlər var və bunların əsas müəllifləri Avropa
məmurlarıdır”, - deyə Lavrov qeyd edib.
Göründüyü kimi, Moskva həmişə olmuş narahatçılığını açıq büruzə
verir. Hansı ki Bakı və Aşqabad arasında Avropanın dəstəyi ilə
Xəzərin dibindən boru kəmərinin çəkilişi ideyaları var.
Bir neçə həftə öncə Bakıda keçirilən Azərbaycan və Türkmənistan nümayəndə heyətinin birgə iclasında bu məsələ də müzakirə olunmuşdu. Bu iclasın Həştərxanda keçirilən Xəzər sammiti ardından baş tutması da diqqət çəkən idi. Bakı ilə Aşqabad arasında Xəzərlə bağlı müəyyən anlaşılmazlıqlar olsa da, məhz bu məsələdə tərəflər digər problemləri arxa plana keçirir. Belə ki, burda əsas məsələ dənizin dibi ilə boru kəmərin çəkilməsi və beləliklə, Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan Azərbaycan boru kəmərlərinin əlavə enerji mənbələri ilə təmin edilməsidir. Bu marşrut iki ölkə üçün də strateji baxımdan olduqca əhəmiyyətlidir. BP-nin hesabatına görə, Türkmənistan təbii qaz ehtiyatlarına görə dünyada Rusiya, İran və Qatardan sonra dördüncü yerdə gəlir. Çıxarılan ehtiyatlar 17,5 trilyon kubmetr təşkil edir. Bu ümumi dünya ehtiyatlarının 9 faizi deməkdir. Təbii ki, bu qazın böyük hissəsi ixrac üçün nəzərdə tutulub. Bu baxımdan, Aşqabad öz qazını dünya bazarlarına çıxarmaq üçün şaxələndirilmiş marşrutlara üstünlük verir. Hansı ki, türkmən qazına maraqlı olan Uzaq Şərq alıcıları da var. Bununla yanaşı, Ukrayna hadisələri fonunda Avropanın qaz problemi kəskinləşir və türkmən qazı Qərb üçün aktuallığını artırıb. Türkmən qazının Avropaya ən sərfəli çıxışı isə “Transxəzər” marşrutudur. Belə ki, Rusiyadan yan keçərək dənizin dibi ilə Bakıya, ordan da bu günlərdə təməli atılan “Cənub qaz dəhlizi” ilə Türkiyə, Yunanıstan və İtaliya olmaqla Avropaya çıxarıla bilər. Rəsmi Bakı Türkmənistan və Mərkəzi Asiya qazına öz kommunikasiya vasitələrindən yer verə biləcəyini açıqlayıb. Aşqabad Avropa üçün 10 milyard kubmetr qaz ehtiyatı saxlayır.
Əgər Qərb bu işdə maraqlı olsa, bu layihə alına bilər. Yəni dənizin dibi ilə boru kəməri layihəsinin reallaşması istiqamətdə işlər xeyli irəliləyib. Moskvanı narahat edən və Lavrovu “Xəzərdə boru kəmərlərinin inşa edilməsi məsələsinə kənar qüvvələrin müdaxilə cəhdləri görünür” açıqlamasını verməyə məcbur edən də budur. Rusiya regionda öz hegemon gücünə alternativin olmamasına çalışır.
Dənizin dibi ilə çəkilə biləcək boru kəmərinin Azərbaycan üçün
əhəmiyyəti xeyli dərəcədə böyükdür. Bakı ən azından bununla əsas
investoru özü olduğu “Cənub qaz dəhlizi” kəmərinin ömrünü xeyli
uzadacaq və bu layihənin əhəmiyyətli yüksələcək. Çünki 10 milyard
kubmetrlik Bakı qazı Avropanın dərdlərinə çarə deyil. türkmən
qazının bu layihəyə qoşulması isə təminat məsələsini tamamilə həll
edə bilərdi. Lakin bu alınmasa, uzaq perspektivdə Azərbaycanın bu
gün kapital yatırdığı enerji layihələrinin əhəmiyyəti da azala
bilər.
Politoloq Vəfa Quluzadə Bakı ilə Aşqabad arasındakı boru kəmərinə
əsas maneənin Rusiya olduğunu düşünür.
“Rusiyanın istəmədiyi və qorxduğu məsələlərdən biri Türkmənistan qazının dənizin dibi ilə çəkiləcək boru kəməri vasitəsilə Bakıya, burdan da Avropaya çıxmasıdır. Lakin hər şeyə rəğmən mən hesab edirəm ki, Bakı ilə Aşqabad arasında Xəzərin dibi ilə boru kəmərinin çəkilməsi reallaşa bilər”, - deyə o bildirib.
Lavrovun bəyanatını şərh edən Xəzər Əməkdaşlıq İnstitutunun baş
direktoru, rusiyalı politoloq Sergey Mixeyev bildirib ki,
Transxəzər boru kəmərinin Qərbdə lobbiçiliyinin edilməsinin açıq və
naməlum tərəfləri var. Onun sözlərinə görə, bu layihə təkcə
Avropaya deyil, həm də ABŞ və bütövlükdə Cənub energetika
dəhlizinə, hansı ki, amerikalıların uzaq gələcəyə hesablayıb, təsir
edir: “Burdakı konsepsiyanın məqsədi Mərkəzi Asiya neft-qaz
axınlarını Rusiyadan yan keçməklə həyata keçirmək və bunu Cənubi
Qafqaz vasitəsilə Avropaya çatdırmaqdır. Beləliklə, Rusiyanın
Mərkəzi Asiya regionu ilə əlaqələrini zəiflətmək, eyni zamanda,
Çinin təsirini azaltmaq, bununla yanaşı, yerli hakimiyyətləri
Qərblə əməkdaşlığa sövq etməkdir”.
Onun fikrincə, Transxəzər kəməri Avropanı alternativ neft və qazla təmin etməklə yanaşı, Rusiyanın post-sovet məkanı ölkələrindən kənarlaşdırır.
Lakin rusiyalı ekspert hesab edir ki, bu, ssenarinin görünən
tərəfidir.
Mixeyev hesab edir ki, burda görünməyən tərəflər də var: “Bu da
regiondakı siyasi hakimiyyətləri Qərblə sıx əməkdaşlığa sövq
etməklə tədricən onların dəyişməsinə şərait yaradacaq. ABŞ Cənubi
Qafqaz və Mərkəzi Asiyada hakimiyyətləri loyallarla dəyişdirməyə
potensial iddiaçıdır. Avropa burda sadəcə birlik ölkələrini
yanacaqla təmin etmək üçün maraqlıdır. Beləliklə, üzdə iqtisadi
hədəflər böyük görünür, amma dərinlikdə siyasi hədəflər daha
güclüdür. Unutmaq lazım deyil ki, bir müddət öncə Amerika
Azərbaycana Xəzərdə mövcud olmayan mühafizə üçün hərbi birlik
yaratmağı təklif edirdilər”.
Politoloq bildirib ki, Transxəzər boru kəməri reallaşacaqsa, Qərb regionda mövqelərini bərkidəcək və öz rəqibi Rusiyaya, İrana və Çinə yenidən təzyiq edəcək.
Asif Nərimanlı
-
Banklar 21:00
Kredit kartları ilə bağlı YENİLİK: verilmə qaydaları sərtləşdirilə bilər - VİDEO
-
Art20:36
Türk ulduzun Bakıdakı monotamaşası anşlaqla qarşılandı - FOTO
-
Magazin120:00
Nicat dayısı Yaşar ilə eyni səhnədə... - VİDEO
-
Nida Xəbər 19:00
Bərxudarovun yerinə keçən Vilayət Quliyev kimdir? - DOSYE
-
Dünya17:15
İsraildə avtovağzalda terror aktı: 1 ölü, 11 yaralı
-
MDB16:40
Putin ad gününü necə keçirəcək?
-
Nida Xəbər 15:21
Mais Bərxudarov vəzifəsindən azad edildi
-
Ekologiya14:00
Sabahla bağlı əhaliyə XƏBƏRDARLIQ