Nida.az
“Əli Kərimli Amerikadan Consonu gözləyir” – Şok İttihamlar

“Əli Kərimli ilə aramızda çox söhbətlər olub, ona və ətrafına söyləyirdim ki, qayıdın özünüzə. Bir neçə ay bundan öncə demişəm ki, bu millətin ağlı yoxdur, bizi Xəzərə kürüyüb tökmür”.
Bu barədə Publika.az-a açıqlamasında AXCP sədrinin sabiq müşaviri
Şakir Abbasov partiyadan istefa verməsi haqda danışarkən deyib.
O, AXCP-də Elçibəyi təhqir etdiklərini deyib. Bildirib ki, qonaq gələndə şəklini başlarının üstünə asırlar, başqa vaxt görürlər: “Elçibəyə qarşı ittihamlar, təhqirlər yağıdırırlar. Halbuki, hər şeyə rəğmən ölünün arxasına danışmaq olmaz. Digər tərəfdən, bu partiyanı Elçibəy yaradıb, indi onu saymırlar. İstefama səbəb də bu olub. Buna son qoymağı tələb etmişəm, amma bildiklərini edirlər. Bir yığın adam toplaşıb müxalifətdə olan insanların başına oyun açırlar”.
Ş. Abbas Əli Kərimli haqda şok faktlar da açıqlayıb.
“Oturub pul qazanmaqla məşğuldurlar. Biri xaricə adam göndərməklə
pul qazanır, digərləri pul qopardırlar. Tribunadan bar-bar çığırıb,
millət deyənlərin hərəsinin altında “Jeep” var, mülklərdə
yaşayırlar. Milləti aldatmayın, kişisiniz, qeyrətiniz olsun,
bacarmırsınızsa, çəkilin durun kənarda. Bu gün Amerikadan Consonu
gözləyirlər. 2003-cü ildə ABŞ səfirinin qarşısında demişəm ki,
Amerikanın ayağı bu torpağa dəyəndən millət acdı. Biri gedir
Fransada oturub qurbağa yeyir, oradan mənə əmr verir, burdakı
qəzeti idarə edir. Məni İsa Qəmbərçi deyirlər”, -deyə o
bildirib.
Keçmiş müşavir qeyd edib ki, Əli Kərimli yaxın ətrafından
qorxur.
Asif

-
ABŞ02:42
ABŞ Daxili Təhlükəsizlik Naziri xəstəxanalıq oldu
-
Nida Təhlil 00:30
AzTV Əhmədinejadın "ölüm" xəbərinə görə ÜZR İSTƏDİ
-
Qoroskop00:00
Günün ULDUZ FALI - Qapıları açıq saxlayın
-
İKT17 İyun 22:48
Tanınmış jurnalistə yüksək vəzifə verildi
-
Magazin117 İyun 22:36
Şahidləri Murad Dadaşov oldu - FOTO/VİDEO
-
Yaxın Şərq17 İyun 22:24
İsraillilərə ÇAĞIRIŞ ETDİ: "Canınızı xilas etmək üçün şəhərləri tərk edin"
-
Sosial17 İyun 21:30
Müavinət və təqaüdlərin artımlarının ödəniləcəyi TARİX AÇIQLANDI
-
Yaxın Şərq17 İyun 21:24
İran İsrailin hava bazalarına zərbələr endirdi