Nida.az
Əli Kərimli AXCP-dən istefa verənlərə qarşı hücum başlatdı
“Çox təəssüf edirəm ki, Şakir Abbasov partiyamıza qarşı qara yaxmaqda maraqlı olanların əlində vasitəyə çevrildi”.
Publika.az xəbər verir ki, bu barədə AXCP təşkilat şöbəsinin müdiri
Rafiq Daşdəmirli “Facebook” səhifəsində partiya sədrinin keçmiş
müşaviri Şakir Abbasovun ittihamlarına münasibət bildirərkən
deyib.
Şöbə müdiri qeyd edib ki, Ş. Abbasovun AXCP-dən gedişindən heç kim
təəccüblənmir.
“Görün indi adam özünü partiyada necə xarakterizə edib. Əslində
onun nə zamansa belə bir addım atacağı gözlənilirdi. Partiyada ona
çoxdan inanılmırdı. Özü də bilir ki, uzun illərdir ki, partiya
tədbirlərinə çağırılmırdı. Etimadsızlıq o həddə idi ki, nəinki
qurultay nümayəndəsi, heç üzvü olduğu Xəzər rayon təşkilatında
konfransa belə nümayəndə seçilməmişdi. Konfrans bazar günü
keçirilib. AXCP sədrinin müavini Əbülfəz Qurbanlı və mən konfransda
iştirak etmişik. Şakir bəy də konfransdan sonra istefasını verib.
Rayon konfransından sonra əmin olub ki, ona nəinki partiya
mərkəzində, heç rayon səviyyəsində də inanmırlar. Yaxşı yol, hara
istəyir getsin. Nə istəyir danışsın”, - deyə o bildirib.
R. Daşdəmirli daha sonra istefa verən AXCP Ali Məclisinin keçmiş
üzvü İslam Mahmudovun da gedişinə münasibət bildirib: “islam
Mahmudov adlı bir nəfər yazıb ki, AXCP Qubadlı rayon şöbəsinin
üzvüyəm və partiyadan istefa verirəm. Təəssüf edirəm. Verirsən ver,
kim sənə nə deyir ki. Amma partiya sıralarına gələndə heç belə
ahu-küylü gəlməmişdiniz. İndi isə bu partiyanın özəlliyi və gücünə
bax ki, ordan çıxmaq necə də səsli-haraylıdır. Gedənə yaxşı yol
deyərlər. Amma bil ki, sənin əvəzinə onlarla gənc Qubadlı şöbəsinə
yeni üzv olub”.
Qeyd edək ki, istefa verənlərə qarşı sosial şəbəkələrdə cəbhəçilər
tərəfindən təhqir kampaniyası başladılıb.
Asif
-
Sosial17:17
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının vəzifəli şəxsi həbs olundu
-
Hadisə16:58
Hoteldə ölən dostlarla bağlı YENİ DETALLAR - FOTO
-
MDB16:43
Zelenskiyə qarşı terror planlaşdıran şəbəkə ifşa edildi: Daha kimləri öldürmək istəyiblər?
-
Sosial15:58
Novruz Məmmədov vəzifəsindən azad edildi
-
MDB15:07
Təhlükəsizlik qüvvələri əməliyyat keçirdi: Nazir rüşvət alarkən saxlanıldı
-
Sosial14:11
“Ermənilər Nizami Gəncəvinin başını oğurladılar”
-
Cənubi Qafqaz13:21
Rusiya Ermənistanda çevriliş hazırlayır - Paşinyanın deputatından şok açıqlama
-
Nida Xəbər 13:06
Hərbi qulluqçunun vəzifələri artırılır - Yeni qərar