Nida.az
Məzahir Pənahovdan partiyalara çağırış

“Qanunvericiliyə uyğun olaraq bələdiyyə seçkilərində 60-dan artıq seçki dairəsində namizədləri olan partiyalara İctimai Televiziyada (İTV) pulsuz efir vaxtı ayrılacaq”.
Publika.az xəbər verir ki, bu barədə Mərkəzi Seçki
Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədri Məzahir
Pənahov deyib.
MSK sədri siyasi partiyaları bələdiyyə seçkilərində fəal olmağa
çağırıb.
M. Pənahov bu həftədən başlayaraq seçki gününə qədər İctimai
Televiziyada MSK üzvlərinin iştirakı ilə bələdiyyə seçkiləri ilə
bağlı maarifləndirici xarakterli verilişlərin efirə çıxacağını
deyib. O, bələdiyyə seçkiləri ilə bağlı MSK tərəfindən hazırlanan
maarifləndirici çarxların da önəmli olduğunu, artıq bu
maarifləndirici xarakterli çarxlardan ikisinin yaxın vaxtlarda
İctimai Televiziyada nümayiş etdiriləcəyini açıqlayıb:
“Belə maarifləndirici xarakterli çarxlar seçici fəallığının yüksəlməsində mühüm rol oynayır. Çalışacağıq ki, bələdiyyə seçkilərində namizədliyini irəli sürən şəxslər seçki platformalarını əhaliyə çatdıra bilsinlər”.
İclasda MSK-nın 20 oktyabr və 21 oktyabr tarixli iclas protokolları
təsdiq edilib.
Daha sonra 23 dekabr tarixinə təyin edilmiş bələdiyyə seçkilərində Yeni Azərbaycan Partiyası, Vətəndaş Həmrəyliyi Partiyası və Ümid Partiyasının səlahiyyətli nümayəndələrinin qeydə alınması məsələlərinə baxılıb. Məsələ barədə MSK katibi Arifə Muxtarova məlumat verib. Bu partiyaların bələdiyyə seçkilərində səlahiyyətli nümayəndələri ilə bağlı məsələ səsverməyə çıxarılaraq qəbul edilib.
Asif

-
Hadisə20:50
Gəncədən Moskavaya uçmalı olan aviareys təxirə salındı - Nə baş verib?
-
İdman20:20
Ançelotti 1 il müddətinə azadlıqdan məhrum olundu
-
Ekologiya19:40
Əhaliyə hava ilə bağlı XƏBƏRDARLIQ
-
Nida Xəbər 19:30
Baş nazir qərar imzaladı
-
Rəsmi xronika18:10
Azərbaycan və BƏƏ prezidentlərinin görüşü oldu - Yeniləndi
-
İKT17:27
Süni intellekt Ərdoğanı təhqir etdi: Türkiyədə bloklandı
-
Nida Xəbər 16:08
Əliyevlə Paşinyanın Əbu-Dabi görüşü: Sülh sazişi imzalanacaq?
-
İdman14:52
Ronaldo 7,5 milyonluq yaxtasında belə dincəlir - FOTOLAR