Nida.az
Prezidentlər Dağlıq Qarabağ münaqişəsini müzakirə etdi

Parisdə, Yelisey sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Fransa Respublikasının Prezidenti Fransua Ollandın görüşü olub.
Publika.az prezidentin rəsmi saytına istinadən xəbər verir ki, Sarayın qarşısında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Prezident İlham Əliyev fəxri qarovul dəstəsinin qarşısından keçdi.
Fransa Prezidenti Fransua Olland Azərbaycan Prezidenti İlham Əliyevi qarşıladı.
Dövlət başçıları birgə foto çəkdirdilər.
Görüşdə Azərbaycan ilə Fransa arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurlu inkişafından məmnunluq ifadə edildi. Enerji, aerokosmik sənaye, hərbi-texniki, təhsil, metro inşaatı və digər sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi üçün yaxşı perspektivlərin olduğu qeyd edildi. “Cənub” dəhlizi enerji layihəsinin reallaşması ətrafında fikir mübadiləsi aparıldı.
Söhbət zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqların vəziyyəti, münaqişənin beynəlxalq hüquq normalarına əsasən, bununla bağlı indiyədək qəbul edilmiş sənədlərə uyğun ədalətli həlli ətrafında fikir mübadiləsi aparıldı. Münaqişə ilə bağlı status-kvonun dəyişilməsinin, işğal olunmuş ərazilərin azad edilməsinin zəruriliyi vurğulandı.

-
Region13:55
Karapetyanın qızı erməniləri üsyana çağırdı: İrəvanda ara qarışır
-
Region12:48
Ərdoğanla Paşinyan birgə bəyanat verəcək: Bəndlər vaxtından əvvəl açıqlana bilməz
-
Sosial11:35
Azərbaycanda yeni qurum yaradıldı
-
Nida Xəbər 11:09
Şimali Kipr Baş nazirinin baş məsləhətçisi "Teleqraf" Media Qrupunda oldu
-
Dünya10:48
İran ABŞ-ı vurmaq üçün raketləri hazır vəziyyətə gətirdi: Dəhşətli müharibə qaçılmazdır
-
Dünya10:36
Dünya müharibəsi bu tarixdə başlayacaq: ABŞ İranı vuracaq
-
Region09:36
Xamenei cəmi iki sözlə bu xəbəri çatdırdı
-
İdman06:46
Roberto Baccio Messiyə görün nə hədiyyə etdi - FOTO